“Mygov business” platforması ilə startaplar dövlət xidmətlərindən yararlana biləcək Açıqlama
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 3 sentyabr, AZƏRTAC
“Mygov business” platforması vasitəsilə biznes subyektləri, sahibkarlıq subyektləri, kiçik və orta bizneslər və startaplar dövlət xidmətlərindən yararlana biləcək. Hazırda vətəndaşlar “mygov”dan istifadə etdiyi kimi, biznes subyektləri və startaplar bunu “mygov business” üzərindən həyata keçirəcək.
Bu barədə AZƏRTAC-a açıqlamasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Hüquqi təminat şöbəsinin müdiri Səbinə Hümbətzadə deyib.
O bildirib ki, “mygov business” platforması üzərindən bir sıra dövlət xidmətinin həyata keçirilməsi mümkün olacaq: “İşlək şəkildə biz bu “mygov business” xidmət kanalı vasitəsilə həmin məlumatları təqdim edə biləcəyik. Biznes subyektləri, sahibkarlıq subyektləri, kiçik və orta bizneslər, startaplar, rezidentlər platforma vasitəsilə müxtəlif xidmətlərdən yararlana biləcəklr. Texnopark rezidentlərinin və sənaye müəssisələrinin müxtəlif xidmətlərə çıxışı təmin olunacaq. Məsələn rezidentlər layihələri ilə bağlı müraciətlərini elektron şəkildə təqdim edə biləcə. Lisenziyaları, texnoparklara, sənaye parklarına rezidentliyi bu platforma üzərindən əldə edə biləcəklər”.
S.Hümbətzadə qeyd edib ki, platformanın tətbiqi sahibkarların müəyyən xidmətlərə çıxış imkanlarını da genişləndirəcək: “Biz istəyirik ki, sahibkarlar öz fəaliyyətləri ilə bağlı bütün prosesləri vahid platforma üzərindən həyata keçirə bilsinlər”.
Onun sözlərinə görə, “mygov business” çərçivəsində yeni funksional xidmətlərin yaradılması da planlaşdırılır: “Planlaşdırdığımız əsas istiqamətlərdən biri də yeni funksional xidmətlərin yaradılmasıdır. Bu xidmətlər istifadəçilərin müxtəlif ehtiyaclarını bir platformada qarşılamağa imkan verəcək”.
Şöbə müdiri startaplara məsləhət xidmətlərinin göstərilməsinin də nəzərdə tutulduğunu diqqətə çatdırıb: “Digər tərəfdən, startaplar əgər sırf məsləhət platforması istəyirsə - hüquqi, vergi, maliyyə hesabatlarının hazırlanmasında dəstək axtarırsa, bu artıq Texnoparkın fəaliyyət istiqamətlərindən biridir. Texnopark öz rezidentləri və qeyri-rezidentləri üçün bu dəstəyi göstərə bilər”.
Müxbir - Pərvanə Qafarova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 03 Sentyabr 2026 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















