Icma.az
close
up
RU
Yenilənmiş mygov platforması bir yaşını qeyd edir

Yenilənmiş mygov platforması bir yaşını qeyd edir

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yenilənmiş "mygov" platformasının istifadəyə verilməsindən bir il keçir. Rəqəmsal hökumət quruculuğu istiqamətində mühüm addımlardan biri olan bu platforma vətəndaşlara daha rahat, əlçatan və çevik xidmət imkanları təqdim etməklə qısa müddətdə özünü təsdiqləyib.

Ötən müddət ərzində platformada vətəndaşlara göstərilən rəqəmsal xidmətlərin əhatə dairəsi genişlənib. 33 dövlət xidməti yenidən tərtib edilərək rəqəmsallaşdırılıb. Hazırda platformada ümumilikdə 386 rəqəmsal xidmət mövcuddur. Platformada rəqəmsal formada təqdim olunan məlumatların sayı isə 69-dur. Bu müddətdə "mygov" istifadəçilərin sayı da artaraq 1.68 milyona çatıb.

Vətəndaşlar "mygov" vasitəsilə məhkumluq, ailə tərkibi və ailə vəziyyəti haqqında arayışlar, təhsil və hərbi xidmətlə bağlı məlumatlar, etibarnamələrin verilməsi, kommunal xidmətlər üzrə abonent məlumatlarının dəyişdirilməsi, borc məlumatları, peyvənd, elektron resept, tibbi göndərişlər, laborator analiz nəticələri və sağlamlıq haqqında arayış da daxil olmaqla bir sıra vacib xidmətlərdən yararlana bilirlər.

Xüsusi qeyd olunmalıdır ki, həyat hadisələrinin rəqəmsallaşdırılması istiqamətində də mühüm addımlar atılıb. Artıq nikah, doğum və ölüm haqqında şəhadətnamələrin əldə edilməsi rəqəmsal şəkildə mümkündür ki, bu da vətəndaşların gündəlik ehtiyaclarının daha sürətli və rahat qarşılanmasına şərait yaradır. Eyni zamanda, "Yolumuz Qarabağa" xidməti vasitəsilə işğaldan azad olunmuş ərazilərə səfər üçün icazələrin rəqəmsal formada alınması təmin olunub. Bundan əlavə, İMEİ qeydiyyatı, cərimələrin, kommunal və digər xidmətlərin ödənilməsi də "mygov" üzərindən icra olunur.

Son bir ildə "mygov" platformasında vətəndaşlara yeni imkanlar təqdim edilib. Fərdi məlumatların özəl müəssisələr tərəfindən sorğulanmasına verilən razılıqlar artıq vətəndaşlar tərəfindən birbaşa platforma üzərindən idarə oluna bilir. Bu isə şəffaflığı artırmaqla yanaşı, məlumat mübadiləsinin daha təhlükəsiz həyata keçirilməsinə şərait yaradır.

Rəqəmsal sənədlərin tətbiqi də platformanın ən mühüm yeniliklərindəndir. Artıq şəxsiyyət vəsiqəsi, ümumdünya pasportu, sürücülük vəsiqəsi, nikah şəhadətnaməsi, tələbə bileti və digər sənədlər "mygov" üzərindən elektron şəkildə təqdim olunur. Qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, 27 növ rəqəmsal sənəd fiziki sənədlərlə eyni hüquqi qüvvəyə malik olub. Bu addım kağız daşıyıcılardan istifadənin azaldılmasına, "Kağızsız hökumət" modelinə keçidin sürətləndirilməsinə və rəqəmsal hökumətin inkişafına mühüm töhfə verib.

Yenilənmiş "mygov"un birillik fəaliyyəti rəqəmsal hökumətin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Gələcəkdə də vətəndaşların həyatını rahatlaşdıran, vaxt və resurslara qənaət edən innovativ xidmətlərin təqdim olunması davam etdiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Sentyabr 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri