myGov ID üzrə tranzaksiyaların sayı 100 milyona yaxınlaşıb
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“2025-ci ildə myGov ID rəqəmsal hökumət məhsulları arasında ən sürətlə böyüyən platformalardan biri olub”.
Bakıvaxtı.az xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyətinə dair illik mətbuat konfransında qurumun İdarə heyətinin sədri Fərid Osmanov deyib.
Onun sözlərinə görə, myGov ID üzrə tranzaksiyaların sayı 2024-cü illə müqayisədə 29 faiz artaraq 78,2 milyondan 101,1 milyona yüksəlib. Eyni dövrdə istifadəçilərin sayı 19 faiz artım göstərərək 4,2 milyondan 5 milyon nəfərə çatıb.
Bildirilib ki, platformaya inteqrasiya olunan informasiya sistemlərinin sayı da əhəmiyyətli dərəcədə artıb. Belə ki, bu göstərici 2024-cü ildə 164 olduğu halda, 2025-ci ildə 274-ə yüksəlib ki, bu da 67 faizlik artım deməkdir:
“2025-ci il ərzində myGov ID üzrə ümumilikdə təxminən 100 milyon tranzaksiya qeydə alınıb, 800 minə yaxın yeni istifadəçi platformaya qoşulub, inteqrasiya olunan yeni sistemlərin sayı isə 89 olub”.
Zeynəb Rzayeva
Baxış sayı:51
Bu xəbər 02 Fevral 2026 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















