Icma.az
close
up
RU
Vəkillər Kollegiyasının internet platformasına “mygov ID” inteqrasiya edilib

Vəkillər Kollegiyasının internet platformasına “mygov ID” inteqrasiya edilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 6 oktyabr, AZƏRTAC

Vəkillər Kollegiyasının rəsmi internet platformasına “mygov ID” vahid giriş altsistemi inteqrasiya edilib.

Bu barədə AZƏRTAC-a Kollegiyanın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yeni inteqrasiya nəticəsində vəkillərin şəxsi kabinetə giriş imkanları daha da genişləndirilib. Belə ki, Kollegiya üzvləri, vəkilliyə namizədlər və vətəndaşlar artıq şəxsi kabinetlərinə “mygov” tətbiqi, eləcə də müxtəlif gücləndirilmiş elektron imza vasitələrindən istifadə etməklə daxil ola bilərlər. Bununla da, istifadəçilərin elektron xidmətlərdən daha rahat və çevik şəkildə yararlanmasına şərait yaradılıb.

Bundan əlavə, vətəndaşların “mygov” tətbiqi vasitəsilə Kollegiyanın Rəyasət Heyətinə elektron qaydada müraciət etməsi imkanı da yaradılıb. Yeni funksionallıq müraciətlərin daha operativ şəkildə təqdim olunmasına və vətəndaşlarla Vəkillər Kollegiyası arasında elektron əlaqənin daha da təkmilləşdirilməsinə xidmət göstərir.

Eyni zamanda, Vəkillər Kollegiyası Elektron Hökumət İnformasiya Sisteminin Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) altsisteminə inteqrasiya olunub. İnteqrasiya nəticəsində Vəkillər Kollegiyası RSD-yə qoşulmuş dövlət qurumları və digər təşkilatlarla sənədlərin rəqəmsal formada təhlükəsiz və operativ mübadiləsini həyata keçirə biləcək. Rəsmi sənədlərin rəqəmsal qaydada göndərilməsi və qəbul edilməsi sənəd dövriyyəsinin sürətləndirilməsinə, kağız daşıyıcılardan istifadənin azaldılmasına və qurumlararası yazışmaların daha səmərəli təşkilinə imkan yaradacaq. Gələcəkdə vəkil sorğularının RSD altsistemi vasitəsilə göndərilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, Kollegiya tərəfindən fəaliyyətin rəqəmsallaşdırılması, elektron xidmətlərin genişləndirilməsi və müasir texnoloji həllərin tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. RSD sisteminə qoşulma da bu istiqamətdə atılan növbəti addımlardan biridir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Oktyabr 2026 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri