mygov rəqəmsal hökumət platformasında yeni funksionallıq istifadəyə verilib
Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"mygov" rəqəmsal hökumət platformasında yeni funksionallıq istifadəyə verilib. Artıq vətəndaşlar özəl qurumlar tərəfindən məlumatlarının sorğulanması barədə bildirişlər alırlar.
Mia.az-ın məlumatına görə, vətəndaşlar "mygov" tətbiqi və veb platforması üzərindən məlumatlarının hansı qurumlar tərəfindən sorğulandığını daha operativ izləyə bilirlər. Sorğulama baş verdiyi anda sistem avtomatik olaraq "mygov" tətbiqi vasitəsilə vətəndaşa bildiriş göndərir. İstifadəçi bildirişə klik edərək "Bildirişlər" moduluna keçid edə və "Tarixçəyə keçid et" düyməsi vasitəsilə daha ətraflı məlumatı əldə edə bilər. Əgər vətəndaş bildirişdə qeyd olunan şirkət (qurum) tərəfindən sorğulanmaq istəmirsə, bu zaman "İcazələrin idarə edilməsi" moduluna daxil olaraq müvafiq sorğulamanı bağlaya bilər.
Yeni funksionallığın əsas məqsədi vətəndaşların şəxsi məlumatlarına nəzarətini artırmaqdır. Bu xüsusiyyət sayəsində vətəndaşlar məlumatlarının sorğulanması barədə vaxtında xəbərdar olur və prosesə daha rahat şəkildə nəzarət edə bilirlər.
Sorğular məzmununa uyğun olaraq yeddi kateqoriya üzrə qruplaşdırılır: fərdi məlumatlar, məşğulluq, ailə, təhsil, nəqliyyat, sosial müdafiə və təminat, rabitə. Nəticədə vətəndaş məlumatların hansı qurum tərəfindən və hansı kateqoriya üzrə sorğulandığını bilir və öz məlumat dövriyyəsini daha səmərəli şəkildə izləyir.
Fərdi məlumatların istifadəsi zamanı vətəndaş razılıqlarının rəqəmsal qaydada idarə olunması da "mygov" platformasının təqdim etdiyi imkanlardan biridir. Vətəndaşlar "İcazələrin idarə edilməsi" bölməsi vasitəsilə özəl şirkətlər tərəfindən aparılan məlumat sorğularını izləyə, verdikləri razılıqları idarə edə, onların qüvvədə qalma müddətini müəyyənləşdirə, eləcə də istədikdə dayandıra və yaxud yenidən aktivləşdirə bilirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 18 Noyabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















