“Əmək və məşğulluq” altsistemində yeni funksionallıq istifadəyə verilib
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 23 aprel, AZƏRTAC
“Əmək və məşğulluq” altsisteminin “İşəgötürən və işçi arasında rəsmi yazışmalar” bölməsi genişləndirilərək yeni – “İşdən qısa müddətli icazənin alınması” adlı altbölmə əlavə olunub. Bu barədə AZƏRTAC-a Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.
Bildirilib ki, yeni funksionallıq sayəsində işçilər sistem üzərindən birbaşa olaraq işəgötürənə qısamüddətli icazə üçün müraciət edə bilərlər. İşəgötürənlər bu altbölmə vasitəsilə illik və gündəlik icazə limitlərini, həmçinin icazələrin maksimum müddətini əvvəlcədən təyin etmək imkanına malikdirlər. Müvafiq limitlər müəyyən olunduqdan sonra sistemdə icazə müraciətlərinin qəbuluna başlanılacaq.
Yenilik, işəgötürən və işçilər arasında operativ və şəffaf ünsiyyətin təmin edilməsinə, eləcə də kadr proseslərinin daha səmərəli idarə olunmasına xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 23 Aprel 2025 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















