Icma.az
close
up
RU
Nadir Adilov: “Hər bir barışıq sazişinin arxasında gərgin mediator əməyi durur.”

Nadir Adilov: “Hər bir barışıq sazişinin arxasında gərgin mediator əməyi durur.”

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

 "Hər bir barışıq sazişinin arxasında gərgin mediator əməyi durur".

Bu barədə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov saytımıza açıqlamasında bildirib. O qeyd edib ki, 2024-cü il ərzində mediasiya təşkilatlarına ümumilikdə 47.212 müraciət daxil olub. Bu müraciətlərdən 43.761-i ailə mübahisələri, 2.427 əmək mübahisələri, 647 kommersiya mübahisələri, 377 müraciət isə mülki mübahisələr üzrədir. Daxil olan 47.212 müraciətdən 44.601 müraciət nəticələnib. Tamamlanan işlərdən İlkin Mediasiya Sessiyasında (İMS) bir tərəfin iştirak etmədiyi işlərin ümumi sayı 22.033-dür. Mediasiya müraciətlərində xitam verilən və mediasiyadan imtina edilən işlərin hansı ki, bu işlərdə artıq məhkəmə müraciəti edilməyəcək və bununla da məhkəmə yükünü azaltmış olacaq, ümumi sayı 6.488-dir. 2024-cü il ərzində ümumilikdə 7.554 barışıq sazişi imzalanmışdır ki, bu da 47% uğurlu nəticə deməkdir. 

"Hər bir barışıq sazişinin arxasında gərgin mediator əməyi durur. Təsəvvür edin ki, problemlərini, mübahisələrini həll edə bilməyən tərəflər və onları əhatə edən şəxslərlə ünsiyyətin qurulması, bu şəxslərin ilkin və tam mediasiya sessiyalarına dəvət edilməsi, onlarla təkbətək, iki tərəfli vəkil və nümayəndələri ilə görüşmək, mübahisə predmetini, mübahisə üzrə anlaşmanı, uzlaşmanı tənzimləmək həddindən artıq çətin bir məsələdir. Nəzərə almaq lazımdır ki, biz mübahisəsi olan şəxslərlə işləyirik. Mübahisəsi yaranan istənilən şəxs isə əlbəttə ki, təbii haldır və heç də qınanılası deyildir ki, bir çox hallarda aqressiv olur. Burada mediatorlar başqa bir problemlə qarşılaşır. Aqressiya mühitinin aradan qaldırılması, tərəflərin qarşılıqlı görüşlərə cəlb edilməsi həddindən artıq mürəkkəblik yaradır. Amma çox sevindirici haldır ki, artıq mediatorlarımızın kifayət qədər peşəkarlığı artıb və onlar münaqişəli tərəflərlə işləməyi bacarırlar. Və əminliklə qeyd etmək istərdim ki, bu gün barışıq əldə etmək istəməyən mediator yoxdur. Hər bir mediatorun imzaladığı barışıq həm də onun brendi və markasıdır. Bildiyiniz kimi, biz hər 3 aydan bir Mediasiya Şurası olaraq hesabatları şəffaf şəkildə mediasiya məxfiliyini qorumaqla ictimaiyyətə təqdim edirik. Bu hesabatlarda hər bir mediatorun məlumatları, icraatında olan işlərlə bağlı statistika qeyd edilir. Bəzən statistikası az olan mediatorlar da olur, bu təbiidir, bir çox hallarda tərəflər ilkin mediasiya prosesindən sonra tam mediasiya sessiyasında iştirakdan ya imtina edir, ya da mediatorun səyləri alınmır. Bu məsələlərə bir daha qeyd edirəm ki, normal baxmaq lazımdır, çünki cəmiyyətimizdə mediasiya mədəniyyəti və təcrübəsi yeni formalaşır. Düşünürəm ki, zaman keçdikcə, istər cəmiyyətin, istərsə də mediatorların bu sahədə təcrübələri artdıqca bizim statistika daha da yüksək olacaq. Amma bu gün beynəlxalq ekspertlərin də verdikləri qiymətlərə görə mediatorlarımızın nəticələri kifayət qədər qənaətbəxşdir. Bu səbəbdən bütün mediatorlarımıza dərin təşəkkür edirəm. "

N. Adilov qeyd edib ki, Mediasiya Şurası hesabatlarını ictimaiyyətə təqdim etməmişdən iki həftə öncə hesabatların bir daha dürüstləşməsi, uçotun və ststistikanın bir daha dəqiq nəzərdən keçirilməsi məqsədi ilə hesabatlar mediasiya təşkilatları rəhbərlərinə işçi qaydada göndərilir və mediasiya təşkilatları rəhbərləri bütün dəqiqləşmələri apardıqdan sonra hesabatlar ictimaiyyətə təqdim edilir. 

"Mediasiya sazişlərinin imzalanmasında və mediasiya fəaliyyətinin təşviqində bir çox mediasiya təşkilatlarımızın mühüm rolu var. Bu gün sevindirici haldır ki, ölkə boyu mediasiya təşkilatlarının yaradılması və fəaliyyətinin təmin edilməsi sahəsində işlər aparılır. Ümumiyyətlə, qeyd edərdim ki, mediasiya təşkilatlarının yaranması mediasiya xidmətlərinin keyfiyyətinə də müsbət təsir edir. Odur ki, bu ilki hədəflərimizdə bütün rayonlarda mediasiya təşkilatlarının fəaliyyətə başlaması birinci sıradadır. Bir daha qeyd edim ki, məhz mediatorların sayəsində bu gün biz keyfiyyətli barışıq sazişlərinin imzalanmasına nail oluruq. Digər tərəfdən mediatorlarımız digər sahələrdə də çox aktivdir və onlar davamlı olaraq öz üzərlərində işləyirlər.” - deyə, N. Adilov fikirlərini tamamlayıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 07 Fevral 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see276

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see244

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see236

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see222

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see208

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see201

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see181

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see177

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see176

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see166

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see165

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see153

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see152

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see150

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see146

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see146

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri