Icma.az
close
up
RU
“Qurban Qurbanov hər zaman futbolçularının arxasında durur”

“Qurban Qurbanov hər zaman futbolçularının arxasında durur”

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qarabağ” Çempionlar Liqasının VI turunda “Ayaks”a uduzub – 2:4.

Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov “Futbolpress.az“a açıqlamasında məğlubiyyəti şərh etdi:

“Nə demək olar… Üzücü oldu. “Qarabağ“ın məğlubiyyətinə görə məyusuq. Oyundan əvvəl də görünən o idi ki, xalı olmasa da, bu, “Ayaks”dır. Tarixi, ənənəsi var. Çətin oyun olacağını bilirdik. “Qarabağ” oyuna yaxşı başladı, hesabda da irəli çıxdı, hücumlar etməyə davam etdi. 2:1-dən sonra da qol vurmaq istəyirdilər. Böyük qüvvə ilə irəli atıldılar və “Ayaks” əks-hücumlardan fərqləndi”.

Mütəxəssis “Qarabağ”ın pley-off şanslarının davam etdiyini bildirdi:

“Şanslar davam edir, irəli pozitiv baxmalıyıq. “Qarabağ“ın göstərdiyi oyun fəxredicidir. Əvvəl Çempionlar Liqasına düşməyi arzu edirdik, indi isə qazandığı xallara görə pley-off arzulayırıq. Bu, istəkdir. Amma reallığa baxaq, rəqiblərin büdcəsi, şəraiti, gücü ortadadır. Bunlar fonunda belə “Qarabağ” Azərbaycanı layiqincə təmsil edir. Qarşıda iki oyun var. Hələ heç nə bitməyib. Şanslar davam edir”.

Mütəxəssis oyunun ikinci hissəsində meydana daxil olan, lakin uğursuz çıxışı ilə tənqidlərə səbəb olan Nəriman Axundzadə haqda danışdı:

“Bu məsələyə məşqçi prizmasından yanaşmaq lazımdır. Düzdür, azarkeşlərin fikirlərinə hörmətlə yanaşmalıyıq. Amma baxaq, Qurban Qurbanovun əlində ikinci hücumçu kimi tək Nəriman var. O, çempionatda da mütəmadi oynayır, qollar vurur. Bəs bu zaman nə deyək? Futboldur, ilk növbədə hər şey oyunçudan asılıdır. O, özünü fərdi şəkildə oyuna hazırlamalıdır. Məşqçi nəyisə dəyişmək, hücumu gücləndirmək istəyir. Lakin oyunçuda alınmırsa, məşqçi buna nə edə bilər? Futbolda belə hallar olur. Qurban Qurbanov hər zaman futbolçularının arxasında durur. Neçə illərdir, belə situasiyalar olur. Enişlər olsa da, Qurbanov futbolçularının arxasındadır. Çalışır ki, onları belə vəziyyətdən çıxara. Məsələyə neqativ yanaşmaq asandır. Məsələ pozitiv düşünmək, daha yaxşı olmaq üçün çalışmaqdır”.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 11 Dekabr 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see305

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see274

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see211

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see188

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see160

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see156

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see154

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see153

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri