Nafiz Alim Qasımovu tənqid etdi Alimin cavabı
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xanəndə-qəzəlxan Ağakərim Nafiz Xalq artisti Alim Qasımovu tənqid edib.
Qəzəlxan, Alim Qasımovun yerdə düz otura bilmədiyini xatırladıb:
"Mən çoxdandır Alimi tənbeh etmirəm. Cavan vaxtı tövsiyələrimi dinləyirdi. Sonra Xalq artisti oldu, məşhurlaşdı, ona görə də heç nə demirəm. Muğam ifa edərkən oturmağın da öz qaydası var. Məsələn, Alim düzgün oturmur, çünki bunu ona öyrətməmişəm. Qəsdən öyrətmədim, ona görə ki, o, artıq elə şeyləri başqalarından öyrənməyə başlamışdı. O, yerdə düz oturmur. Qafqaz xanəndəsi elə oturmaz. O, iranlıların oturma formasıdır. O, oturaq xalqlara aiddir, biz isə tərəkəməyik. Biz diz üstündə oturmalıyıq".
Kult.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə Xalq artisti Alim Qasımov məsələyə münasibət bildirib. Xanəndə Ağakərim Nafizlə yaxın dost olduğunu vurğulayıb:
"Ağakərim bizim qardaşımızdır. Nə deyirsə, düz deyir, əcəb edir. Amma otura bilirəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 15 Yanvar 2026 21:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















