Naftalan, Samux və Mingəçevirdə yeni Sağlam məhəllə idman zonaları istifadəyə verilib
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən "Sağlam məhəllə" layihəsi çərçivəsində iyulun 3-də Naftalan, Samux, Mingəçevir şəhərlərində idman zonaları istifadəyə verilib.
Bu barədə SİA -ya Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Açılış mərasimlərində gənclər və idman naziri Fərid Qayıbov, müvafiq rayonların icra hakimiyyətlərinin başçıları, rayon ictimaiyyətinin nümayəndələri, sakinlər və gənc idmançılar iştirak ediblər.
Hər bir "Sağlam məhəllə"də minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat və trenajor avadanlıqları quraşdırılıb. Nazir Fərid Qayıbov idman qurğularında məşq edən uşaqlarla və məhəllə sakinləri ilə söhbət edib.
Qeyd edək ki, indiyədək Bakı şəhərində və müxtəlif rayonlarda 21 "Sağlam məhəllə" layihəsi icra edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:202
Bu xəbər 04 İyul 2026 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















