“Sağlam məhəllə” layihəsi çərçivəsində Babək, Culfa və Şahbuzda idman zonaları istifadəyə veriləcək
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən əhalinin sağlam həyat tərzinin təmin edilməsi məqsədilə ölkənin müxtəlif regionlarında “Sağlam məhəllə” layihəsi əsasında idman zonaları yaradılır.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Xalq” qəzetinə verilən məlumata görə, layihə Babək, Culfa və Şahbuz şəhərlərini də əhatə edir.
2025-ci ilin noyabr ayından etibarən inşaat işlərinə start verilən həmin şəhərlərdə proses paralel və ardıcıl şəkildə davam etdirilməkdədir. Hər üç ərazidə betonlama, bərkitmə, çəpərləmə işləri aparılıb, minifutbol və basketbol oyun sahələrində müvafiq işlər görülüb. “Sağlam məhəllə” layihəsi üzrə işlərin cari ilin fevral ayında tam başa çatdırılması nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən layihənin uğurlu icrası üçün yaxından dəstək göstərilir, lazımi işlər icra edilir.
Qeyd edək ki, hər bir idman zonasında açıq havada idman fəaliyyətləri üçün uyğun mühit yaradılacaq. Vətəndaşlar burada mini futbol, basketbol, stolüstü tennis və şahmat idman növləri ilə məşğul ola, eyni zamanda trenajor avadanlıqlarından faydalana biləcəklər.
Səbuhi HƏSƏNOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 14 Yanvar 2026 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















