Icma.az
close
up
RU
Nağdsız ödənişlər rekord həddə çatdı: Kağız pullar dövriyyədən çıxır?

Nağdsız ödənişlər rekord həddə çatdı: Kağız pullar dövriyyədən çıxır?

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycanda olduğu kimi, dünyada da nağdsız ödənişlərin sürətli artımı müşahidə olunur. Lakin müxtəlif ölkələr bu keçidə fərqli templə və strategiyalarla yanaşır, nəticədə "Nağdsız Cəmiyyət"ə (Cashless Society) doğru fərqli modellər formalaşır. İsveç və Norveç nağdsız ödənişlərə keçid baxımından ən qabaqcıl ölkələrdir. İsveçdə demək olar ki, əməliyyatların 80%-dən çoxu nağdsız həyata keçirilir. Bəzi mağazalar və bank şöbələri ümumiyyətlə nağd pul qəbul etmir. İsveç nağd pulu tamamilə aradan qaldıra biləcək ilk ölkədir, lakin bu, yaşlılar və kənd yerlərində yaşayanlar üçün bəzi problemlər yaratdığı üçün dövlət tərəfindən tənzimlənir. Norveçdə də çox az sayda insan nağd puldan istifadə edir. Banklar nağd pul xidmətlərini azaltmağa davam edir. 

Çin və Hindistanda kağız pullar hələ də geniş yayılmış olsa da, mobil ödənişlərin kəskin artımı müşahidə olunur. Çində “Alipay” və “WeChat Pay” kimi mobil tətbiqlər gündəlik əməliyyatların demək olar ki, hamısını əhatə edir. Hətta küçə satıcıları və taksilər də mobil ödənişləri qəbul edir. Çin nağdsız ödənişlərə birbaşa mobil platformalar vasitəsilə sıçrayış edərək bank kartı infrastrukturunu adlayıb. Hindistan 2016-cı ildəki denominasiya (pul islahatı) nağdsız ödənişlərə təkan verdi. UPI (Unified Payments Interface) kimi dövlət tərəfindən dəstəklənən sistemlər mobil pul köçürmələrini asanlaşdıraraq rəqəmsal iqtisadiyyatın inkişafına böyük töhfə verib. 

Lakin bəzi inkişaf etmiş iqtisadiyyatlar hələ də nağd pula güclü şəkildə bağlıdır. Almaniyada təhlükəsizlik və məxfilik narahatlıqlarına görə nağd ödənişlərə olan etibar yüksək olaraq qalır. Bir çox kiçik müəssisələr hələ də kartları qəbul etməyə meylli deyil. Yaponiyada ənənəyə və kiçik, dəqiq əməliyyatlar üçün nağd pulun rahatlığına görə nağd puldan istifadə nisbəti yüksəkdir. Bununla belə, son illərdə rəqəmsal ödənişlərin populyarlığı artır.

Məlumata görə, Azərbaycanda kartlarla ödənişlər 30% artıb. 2025-ci ilin 9 ayı ərzində ödəniş kartları ilə ölkə daxilində aparılan ödəniş əməliyyatlarının həcmi isə 72,2 mlrd. manat təşkil edib. Bu da ötən ilin 3-cü rübünə nisbətə 29,1% çoxdur.  Bu sürətli artım nağdsız ödənişlərin ümumi ödənişlərdəki payını da 4 faiz bəndi yüksəldərək 67.4%-ə çatdırıb. 

Bəs  Azərbaycanda nağdsız ödənişlərin artması kağız pulu tamamilə sıradan çıxara bilər?

Moderator.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, nağdsız ödənişlərin genişlənməsi nağd hesablaşmaların əhəmiyyətini azaldacaq:

“Amma bu, kağız pulun tamamilə sıradan çıxması demək deyil. Yaxın 5–10 il ərzində nağd pullar dövriyyədə qalmağa davam edəcək, sadəcə payı və rolu tədricən azalacaq. Nağd pulun tam dövriyyədən çıxması hazırda real görünmür, lakin ona olan zərurət zamanla daha da aşağı düşəcək. Pulun tam sıradan çıxması üçün iqtisadiyyatın tam şəffaflaşması vacibdir. Ölkə iqtisadiyyatı qeyri-şəffaf olduğundan, nağd pula ehtiyac qalacaq”.

Mehin Mehmanqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Noyabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see508

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see410

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see342

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see309

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see284

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see275

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see275

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see264

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see226

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see182

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri