Nagelsman Portuqaliyaya məğlubiyyətin günahkarlarını göstərdi: Son il yarımda...
Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman komandasının Millətlər Liqasının yarımfinalında Portuqaliyaya uduzmasının səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis bəzi hücumameyilli futbolçuların passivliyindən gileylənib.
Alman çalışdırıcı UEFA-nın mətbuat xidmətinə belə danışıb:
"Bu, son il yarımda ən pis oyunlarımızdan biri idi. Bizdə aqressivlik və ümumilikdə aktiv hərəkətlər yox idi. Hücum oyunçularımız çox passiv idi. Hər bir oyunçunun 100 faiz fədakarlıq göstərməsi lazımdır".
Qeyd edək ki, Almaniya Münhendə keçirilən yarımfinal oyununda hesabı açmasına rəğmən, sonda 1:2 hesabı ilə uduzaraq finala çıxa bilməyib.
Mirağa
Baxış sayı:129
Bu xəbər 05 İyun 2025 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















