Icma.az
close
up
RU
Nağıl Bağ restoranında 1750 manatlıq oğurluq

Nağıl Bağ restoranında 1750 manatlıq oğurluq

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Bakıda fəaliyyət göstərən "Nağıl Bağ” restoranında oğurluq baş verib. 

Qaynarinfo-nun məlumatına görə, restoranın ofisiantlarından birinin cibindən 1750 manat pul oğurlanıb. Sonradan məlum olub ki, cinayəti "Nağıl Bağ” restoranın Rəşad adlı keçmiş işçisi törədib. 

O, keçmiş iş yoldaşları ilə görüşmək adı ilə restorana gəlib. Onlar restoranın kabinetlərindən birində əyləşib. Söhbət zamanı iş yoldaşlarından biri dondurma almaq istəyib və cibindən 100 və 200 manatlıq əskinaslar çıxarıb. Bunu görən Rəşad fürsət düşən kimi həmin şəxsin gödəkcəsinin cibindən pulları çıxarıb. Sonrdan saydıqdan sonra oğurladığı məbləğin 1750 manat olduğunu görüb. 

Rəşadın keçmiş iş yoldaşları o, hadisə yerini tərk etdikdən sonra oğurluqdan xəbər tutub. Dərhal polisə məlumat verilib. Rəşad saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Cinayət işinə Xətai Rayon Məhkəməsində baxılıb. Məhkəmə prosesi zamanı Rəşad özünü verilmiş ittihamla təqsirli bilib. Həmçinin məlum olub ki, o, dəymiş ziyandan 1550 manat ödəyib. 

Məhkəmənin hökmü ilə Rəşada 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun saxlanılıdığı 1 gün 2 günə bərabər tutulmaqla təyin edilən cəzadan çıxılıb və üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. 

Seyid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Sentyabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri