Icma.az
close
up
RU
Nağıl deyil, ağıldı

Nağıl deyil, ağıldı

Idmanxeber.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Kopenhagen” kimi müdafiə olmağı yüksək səviyyədə bacaran, sıx düzülüşlə meydanda rəqibini gözləyən bir komandanı sırf taktika ilə məğlub etdi “Qarabağ”. Matçdan öncə bu oyun barədəki yazımda bir xalın belə uğurlu nəticə olacağını qeyd etmişdim. Ancaq təmsilçimiz gözlədiyimdən daha yaxşı oyun sərgilədi və qələbə qazandı.

Bəzən Çempionlar Liqası oyunundan sonra fərqli fikirlərə rast gəlirik. “Benfika”nın, “Kopenhagen”nin əvvəlki kimi güclü olmadığı vurğulanır. Qətiyyən belə deyil. Sadəcə, “Qarabağ” güclüdür. Yalnız meydandakı oyunu ilə deyil, Ağdam klubu rəqiblərini hər tərəfli üstələyir.

Ən başlıca məsələ rəqiblərin analizidir. Bütün  komandaların təhlükəli tərəfləri düzgün təspid edilir. Belə desək, göz açmağa imkan verilmir. Rəqibin bəzən 3-4 pas edə bilməməsi də bundan qaynaqlanır. Heç bir komandaya geniş zona yoxdu, meydanın istənilən yerində kollektiv oyun, pressinq var.

Bu, rəqibi çoxlu top itkisinə məruz qoyur, oyun qurmasına mane olur və müdafiənin daha rahat yer tutmasına imkan yaradır. Arxa xətt oyunçularının təzyiqdən mümkün qədər uzaq tutmaq, rəqibi qapıya buraxmamaq müasir futbolun ən yeni dəbidir. Artıq heç kim kor-koranə irəli atılmır, hamı daha çox rəqibi zərərsizləşdirmək üçün mübarizə aparır. Sağlı-sollu hücum dövrü bitib, sağlı-sollu bloklamaq dönəmi başlayıb. Bunu yüksək səviyyədə bacaranlar nəticə qazanır.

“Benfika” və “Kopenhagen” görüşlərindən sonra maraqlı bir statistika var. Hər iki matçda da oyunun çox hissəsinin mərkəzdə keçdiyini görürük. Rəqəmlər deyir ki, Lissabondakı matçın 42, Bakıda qarşılaşmanın isə 39 faizi mərkəzdə oynanıb. Deməli, “Köhlən atlar” üçün əsas prioritet rəqibi qapıdan uzaq saxlamaqdır. Sistem bütün komandalar üçün eynidir. İstəyən hücum oynasın, istəyən müdafiə. “Qarabağ” üçün oyun tərzi dəyişmir.

Həm fiziki, həm də texniki baxımdan “Qarabağ” çox ideal duruma gəlib. Hazırda Avropanın ən formada olan 10 komandasından biridir. Qələbələr gəldikcə özgüvən daha da artır.

Qısacası, Azərbaycan çempionu təhlükəli komandaya çevrilib. Çoxları nağılın nə qədər davam edəcəyinin sualını axtarır.

Ancaq belə işlərə nağılla yox, ağılla yanaşmaq lazımdır.

Həsən Quluzadə 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 02 Oktyabr 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri