Icma.az
close
up
RU
“Möcüzə kimidir, nağıl misallı...”

“Möcüzə kimidir, nağıl misallı...”

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yay turizminin qızğın çağında ölkəmizin Cənub bölgəsinə istirahətə yollananların sayı xeyli artıb. Günlərini təbiətin qoynunda – Lənkəran, Astara, Masallı, Lerik və Yardımlının dilbər guşələrində keçirənlərin gözü-könlü sevinir, ömrünə ömür calanır. Xarici turistlər, səyahət  həvəskarları da Talış dağlarına çıxmaq fürsətini əldən vermirlər.  

Azərbaycan dövlət müstəqilliyi qazanandan sonra ölkəmizin bir çox guşələri kimi, Cənub bölgəsi də əsl turist məkanına çevrilib. Həm dövlət, həm də özəl şirkətlər, iş adamları, sahibkarlar tərəfindən yeni otellər, ailəvi istirahət məkanları yaradılıb. Meşələrdə, dağ ətəklərində, çay vadilərində abadlıq işləri görülüb, otellər tikilib.   Ulu öndər Heydər Əliyev  27 iyul 1999-cu ildə “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” fərman imzaladıqdan sonra bütün bu yerlərin kütləvi turizm məkanlarına çevrilməsi dinamik bir prosesə çevrilib. Prezident İlham Əliyevin 2022-ci il 18 fevral tarixində zamanın çağırışlarına uyğun olaraq imzaladığı daha təkmil Qanun sayəsində sahəyə diqqət daha da güclənib.   

Bu gün Lənkəranın Springs Wellness Resort – İstisu və Sağlamlıq Mərkəzi, Hirkan Parkı, Astaranın “Maricel”i, uzun-
ömürlülər diyarı Lerikin “Relaks”ı və “Təbəssüm”ü, dağların zümrüd qaşı olan Yardımlının “Təkdam” şəlaləsi, Qız qalası, “Masallının Viləşətrafı istirahət mərkəzləri qonaqlara “gəl-gəl” deyir. “Premium”, “Elit”, idman turizmin əlavə bir komponenti sayılan əyləncə və oyun tipli düşərgələr bölgəyə xarici qonaqların da axınını artırıb. Dinamika bu il daha da yüksəlib. Türkiyə, Rusiya, Hindistan, Avropa və ərəb ölkələri, MDB, o cümlədən Orta Asiya respublikaları, Çin və Koreyadan olan müsafirlərin sayı daha çoxdur. Buna bir səbəb də Azərbaycanın turizm imkanlarının xarici sərgilərdə tanıdılmasıdır. 

Cənub bölgəsində müşahidəçisi olduğumuz vəziyyət də bunu təsdiqləyir. Turist bazalarının Lənkərana, Masallıya, Lerikə təbiət qoynuna təşkil etdikləri 1, 2 və 3 günlük turlar da bu baxımdan qonaqların rahatlığı üçün əvəzsiz imkanlar yaradır. Həmin fürsətdən yararlananlardan biri – əslən Laçın rayonundan olan Əvəz Nuriyevin dedikləri:

– Ötən həftə növbəti dəfə ata yurdum Laçına dincəlməyə getmişdim. Qayıdandan sonra dostların təklifi ilə adımızı Masallı və Yardımlı turuna saldırdıq.  Turun proqramı da maraqlı idi. Bələdçilər hər vasitə ilə çalışırdılar ki, günümüz, saatlarımız maraqlı keçsin. Həm gəzib dincəldik, həm də idman yarışlarında gücümüzü sınadıq. Buralar, xüsusən də Yardımlının axar-baxarlı guşələri mənə öz Laçınımı xatırladırdı. Allar kəndi tərəflərdə açıq havada Güney Azərbaycanın yaxın guşələri, o cümlədən də qədim Savalan dağı görünürdü. “Nisəqala yürüşü” də maraqlı idi. Bir sözlə, təəssüratım çox zəngindir.

Həkim-terapevt Firdovsi Abbasov Xəzərsahili zonada – Lənkəran və Astarada olduqlarını bildirdi:

–  Doğrudan da, ürəyimiz istəyəntək dincəlib, günəş vannası qəbul edə, “D” vitamini yığa bildik. Burada dənizin suyu daha təmizdir. Otellərdə, kənar iaşə obyektlərində xidmət mədəniyyətinin yüksəldiyini də qeyd edə bilərəm. Qiymətlər də münasibdir. 

Bu isə Cənubun digər bir qonağı – özbəkistanlı Baxrom Durdıyevin ürək sözləridir:

– Təbiətin gözəlliyi bir yana, mən burada Azərbaycan kulinariyasının da heyranı oldum. Ləvəngi, “Üç bacı” dolması, kabablar, şirniyyat çox xoşuma gəldi. Aşpazlar sanki incəsənət xadimləridir. Gözəl fantaziyaları var. Xidmət personalının şirin dili, həssas, qayğıkeş münasibəti ürəkaçandır. Afərin!  

Təqaüddə olan jurnalist həmkarımız Fərman Qaradağlı da Cənubda istirahət edənlərdən olub.

– Əvvəllər Cənub zonasına bir neçə dəfə işimlə əlaqədar ezamiyyətə gəlmişdim. Bu dəfə isə səyyah kimi Masallı–Yardımlı dolaylarını doyunca gəzdim. Magistral yolun 25-ci kilometrində 50 metr hündürlükdən tökülən “Təkdam” şəlaləsi daha cəlbedicidir. Hər gün buraya gələn yüzlərlə turist ətrafdakı əsrarəngiz gözəlliyin seyrinə dalır, kotteclərdə istirahət edir. Yardımlı şəhərinə çatmamış “Deman” ailəvi istirahət mərkəzində qalmaq bir ayrı aləmdir. Burada turizm obyektlərinin sayını artırmaq da olar, çünki potensial imkanlar yetərli qədərdir.   

Müsahiblərimizin təəssüratlarından da göründüyü kimi, yay istirahət mövsümünü Cənub bölgəsində keçirənlər öz seçimlərində qətiyyən yanılmayıblar. Buralar təkrarolunmaz gözəlliklərə malikdir. Əgər hələ gəlməmisinizsə, vaxt edib Cənub rayonlarına da üz tutun. Peşman olmayacaqsınız. İllər öncə Aşıq Pənahın oxuduğu mahnını zimzümə etməkdən özünüzü saxlaya bilməyəcəksiniz:

Lənkəran, Astara, Lerik, Masallı –
Möcüzə kimidir, nağıl misallı...

Əli NƏCƏFXANLI 
XQ 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Avqust 2025 06:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see346

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see289

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see258

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see217

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see212

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see205

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see204

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see199

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see197

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see188

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see186

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see180

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see180

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see178

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see169

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see163

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see158

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see155

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see154

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri