Icma.az
close
up
RU
Nail Kəmərli: “Narkomanların sayı statistikadan çoxdur”

Nail Kəmərli: “Narkomanların sayı statistikadan çoxdur”

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“2024-cü ilin sonuna dispanser qeydiyyatında olan narkotik istifadəçilərinin sayı 40 490 nəfərə çatıb”.

Bu barədə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda qeyd edilib.

Bildirilib ki, onlardan 39 485 nəfəri kişi, 1005 nəfəri isə qadındır. Qeydiyyatda olanların 20 182 nəfəri opioidlərin, 8611 nəfəri kannabinoidlərin, 11 697 nəfəri isə eyni zamanda bir neçə narkotik maddənin qəbul edilməsi nəticəsində psixi və davranış pozuntuları yaranmış şəxslərdir.

Bəs rəqəmlər reallığa tam uyğundurmu?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən "Narkotiklər, Zərərli Asılılıqlar Əleyhinə Səfərbərlik Mərkəzi" İctimai Birliyinin rəhbəri Nail Kəmərli bildirib ki, narkotik istifadəçilərinin sayı statistikada göstəriləndən çoxdur:

“Bu gün qeydiyyatda olan narkotik istifadəçilərinin sayı mövcud statistikada göstərilən rəqəmlərdən daha çoxdur. Əgər rəsmi rəqəmlərə əsasən, 40 490 nəfər qeyd olunubsa, reallığı görmək üçün bu göstəricini azı 10-a vurmaq lazımdır. Lakin qeyri-rəsmi statistikanı isə dəqiq heç kim deyə bilməz.

Əvvəlki illərlə müqayisədə narkotik istifadəçilərinin sayında müəyyən fərqlər müşahidə olunur. Belə ki, bu gün ölkəmizdə saysız-hesabsız reabilitasiya mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərin fəaliyyəti nəticəsində sağalan insanların sayı da artmaqdadır. Düzdür, tam sağalmayan şəxslər də var - 100 faiz nəticə heç zaman mümkün olmur”.

Onun sözlərinə görə, narkomaniya ilə mübarizə çərçivəsində həm reabilitasiya, həm də dövlət qurumlarının fəaliyyəti gücləndirilir:

“Reabilitasiya mərkəzlərində 6-9 ay müddətində müalicə alan şəxslər, təbii ki, sonrakı statistik göstəricilərdə də fərq yaradır. Bununla paralel olaraq, Daxili İşlər Nazirliyi və digər dövlət qurumları da narkotiklə mübarizəni yüksək səviyyədə aparırlar.

Eyni zamanda, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda da narkomaniya ilə mübarizənin daha da gücləndirilməsi öz əksini tapıb.  Həmçinin, narkomaniyadan əziyyət çəkən şəxslərin müalicəsi və reabilitasiyasına diqqətin artırılması da xüsusi olaraq vurğulanır”.

Gülər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Sentyabr 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see571

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see289

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see256

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see252

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see245

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see245

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see243

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see239

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see227

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see172

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri