“Nalayiq sözlərdən və təhqirlərdən imtina edirik” Paşinyan
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
Ermənistanın hakim “Mülki Müqavilə” Partiyasının İdarə heyəti partiyanın “Etika Kodeksi”ni qəbul edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində məlumat yayıb.
O, yeni kodeksin partiya üzvləri üçün yeni standartlar və davranış modelləri müəyyən etdiyini bildirib.
“Mülki Müqavilə” Partiyası hakim qüvvə kimi ölkədə siyasi mühitin, atmosferin, mədəniyyətin inkişafı üçün xüsusi məsuliyyət hiss edir. Partiyanın İdarə Heyəti bu məsuliyyəti öz üzərinə götürərək, partiya üçün “Etika Kodeksi”ni qəbul etdi və bununla da özü üçün yeni standartlar müəyyən etdi. Bununla da biz nalayiq sözlərdən və təhqirlərdən imtina etdiyimizi, eləcə də ən yüksək dürüstlük standartlarına sadiq olduğumuzu bəyan edirik. Buna görə də, əgər təhqirə təhqirlə cavab verməsək, bu, zəiflik və ya qorxaqlıq kimi yox, daha çox qəbul etdiyimiz “Etika Kodeksi”nə sadiqlik kimi qəbul edilməlidir”, - Baş nazir qeyd edib.
Bu mövzuda digər xəbərlər:Gülxar ünvanıma nalayiq söyüşlər söydü TƏFƏRRÜAT
05 Dekabr 2024 13:29
Ana nalayiq görüntülər paylaşdı, qəyyumluq ataya verildi
04 Dekabr 2024 15:11
Şəhidlər xiyabanında nalayiq hərəkətlər: DİN məlumat yaydı
18 Avqust 2025 12:40
Nalayiq hərəkətlər edən əcnəbilər barədə qərar verildi
18 Avqust 2025 19:08
Bakı ermənisi istefa verdi Nalayiq hərəkət edib
01 Aprel 2025 13:56
Baxış sayı:57
Bu xəbər 02 Dekabr 2025 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















