Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

Naməlum Antarktida: Buz təbəqəsinin altında nələr var?

Naməlum Antarktida: Buz təbəqəsinin altında nələr var?

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Alimlər Antarktidanın buzlu örtüyünün altında nələrin gizləndiyini müəyyənləşdirə biliblər. Məlum olub ki, orada dağlar, müxtəlif su hövzələri və dərələr mövcuddur. 

Qaynarinfo "Interesting Engineering" jurnalına istinadən xəbər verir ki, peyk məlumatları və buzun hərəkət fizikasının köməyi ilə tədqiqatçılar ilk dəfə buzlu qitənin gizli landşaftını "görə” biliblər.

Qeyd olunur ki, beynəlxalq alimlər qrupu Antarktidanın "gizli subqlasial relyefi” adlandırılan quruluşunu müəyyən edib. Aydın olub ki, kilometrlərlə qalınlığa malik buz qatının altında dağlar, dərələr, düzənliklər, çökəkliklər və göllər gizlənir.

"Bu, sanki əvvəllər dənəli plyonkalı kameranız var idi, indi isə əslində nələrin baş verdiyini göstərən yüksək keyfiyyətli rəqəmsal təsvir əldə etmisiniz”, deyə "Science" jurnalında dərc olunmuş tədqiqatın aparıcı müəllifi, Qrenobl-Alplar Universitetindən doktor Helen Okenden izah edib.

Qlobal istiləşmə şəraitində Antarktidanı səthdən dərinliklərədək detallı şəkildə tanımaq həlledici əhəmiyyət kəsb edir. İndiyədək Antarktida buzunun altındakı torpağın xəritələşdirilməsi qapının açar dəliyindən baxaraq ev planı çəkməyə bənzəyirdi.

Təhlil metodları

Qütb ekspedisiyalarının ləng tempi səbəbindən subqlasial landşaft uzun müddət demək olar ki, naməlum qalıb. Əvvəllər tədqiqatlar üçün buzun qalınlığını, relyefi və buzaltı göllərin mövcudluğunu ölçən xüsusi sensorlarla təchiz olunmuş təyyarələrdən istifadə olunurdu. Bu üsullar çoxlu məlumat versə də, həmişə kifayət qədər effektiv olmayıb.

Yeni tədqiqatda alimlər buz axınının pozulmalarının təhlili (Ice Flow Perturbation Analysis – IFPA) metodundan istifadə ediblər. Bildirilir ki, bu yanaşma qitəni altdan formalaşdıran görünməz dağ silsilələrini və qədim çay yataqlarını "işıqlandırmağa” imkan verib.

Peyk görüntüləri və IFPA-nın fiziki modellərindən istifadə etməklə tədqiqatçılar Antarktidanın daxili quruluşunun bir növ "rentgen” xəritəsini yaradıblar. Metod buzun maneələr üzərindən hərəkəti zamanı necə deformasiyaya uğradığını təhlil edir və milyonlarla il ərzində basdırılmış alp dərələrinin, hamarlaşmış düzənliklərin və qədim çay sistemlərinin gizli dünyasını üzə çıxarır.

Antarktidanın landşaftı

Ən təsirli kəşflərdən biri Maud subqlasial hövzəsində aşkar edilən nəhəng gizli çökəklik olub. Tədqiqatçıların məlumatına görə, bu batmış kanal təxminən 400 kilometr uzanır.

Digər, mezomiqyaslı adlandırılan strukturların ölçüsü 2–30 kilometr arasında dəyişir. Məhz bu formalar buz qalxanının hərəkət sürətini tənzimləyən "dişlilər və əyləclər” rolunu oynayır.

Bu geoloji quruluşlar müasir buz örtüyü formalaşmazdan əvvəl yarandığı üçün Antarktidanın necə əridiyini və nəticədə nə qədər suyun Dünya okeanına axacağını daha dəqiq proqnozlaşdırmaq üçün açar rolunu oynayır.

Tədqiqat göstərir ki, qalınlığı üç kilometrədək çatan buz qalxanı belə altındakı relyefin "izini” saxlayır. İşin həmmüəllifi Robert Binqemin sözlərinə görə, dərinliyi cəmi 100 metr olan kanyon belə buz səthinin çox cüzi şəkildə çökməsinə səbəb olur. Bu dəyişiklik çılpaq gözlə demək olar ki, görünmür, lakin peyklər tərəfindən asanlıqla qeydə alınır.

Bu incə deformasiyaları təhlil etməklə alimlər artıq milyonlarla il ərzində landşaftın buz qalxanını necə formalaşdırdığını izləyə bilirlər. Eyni zamanda mütəxəssislər xəbərdarlıq edirlər ki, bu xəritə birbaşa foto deyil, modeldir. Onun dəqiqliyi buzun alt qatının nə qədər sürüşkən olması və buzun öz çəkisi altında necə deformasiyaya uğraması kimi mürəkkəb "görünməz” amillərin anlaşılmasından asılıdır.

"Meso-miqyasda Antarktidanın subqlasial relyefinin detallı xəritəsini təqdim etsə də, bu tədqiqat Antarktida coğrafiyasında son söz deyil”, deyə müşayiətedici analitik materialda Dunkan Yanq qeyd edib.

Nəşr yazır ki, buzun altındakı bütün "təpə və çökəklikləri” anlamaq həlledici əhəmiyyət daşıyır. Yeni xəritə iqlim modelləri üçün daha etibarlı baza yaradır, buzlaqların ən həssas zonalarını daha dəqiq müəyyənləşdirməyə və gələcək dəniz səviyyəsinin qalxması ilə bağlı proqnozlardakı qeyri-müəyyənliyi azaltmağa imkan verir.

Buzlaqların əriməsi

Xatırladaq ki, dünya üzrə buzlaqların əriməsi yalnız lokal ekosistemlər üçün deyil, həm də potensial olaraq epidemioloji vəziyyət üçün nəticələrə səbəb ola bilər. Alimlərin sözlərinə görə, buzlaqlar minilliklər boyu bioloji materialların saxlandığı təbii dondurucu rolunu oynayır. Söhbət, o cümlədən antibiotiklərə davamlılıq genləri ilə zəngin "genetik arxivlər”dən gedir və ərimə prosesi onları bu genlərin yayılması üçün "aktiv mənbələrə” çevirir.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 16 Yanvar 2026 21:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see348

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see329

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see309

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see303

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see301

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see292

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see284

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see270

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see268

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see254

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see249

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see244

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see239

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see231

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see227

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see224

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see224

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see219

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see214

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri