Icma.az
close
up
RU
Naməlum təbiətli nəhəng orqanizm alimləri çaş baş salıb

Naməlum təbiətli nəhəng orqanizm alimləri çaş baş salıb

Icma.az, Oxumeni.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naməlum təbiətli nəhəng orqanizm alimləri çaş-baş salıb


“Prototaxites” adlı orqanizmin qoyub getdiyi nəhəng daşlaşmış strukturlar 165 ildən çoxdur ki, paleontologiyanın ən qəribə sirlərindən biri olaraq qalır. Britaniyalı alimlərin yeni tədqiqatı göstərib ki, “Prototaxites” bu günə qədər bilinən heç bir canlı qrupa aid deyil və tamamilə nəsli kəsilmiş eukariot qolunu təmsil edir. Oxuməni.az-ın verdiyi məlumata görə, elmi iş “Science” jurnalında dərc olunub.
“Prototaxites” təxminən 400 milyon il əvvəl, silur dövrünün sonu və devon dövrünün əvvəllərində yaşayıb. O dövrdə Yer planetinin landşaftı ibtidai bitkilərlə – qırtıclılar, qıjılar və onların qədim qohumları ilə örtülmüşdü. Onların fonunda xüsusilə 8 metrə qədər hündürlüyü olan, budaqlanmayan nəhəng "gövdələr" seçilirdi, onların mənşəyi uzun müddət aydın deyildi.
XIX əsrdə Kanadanın Qaspe körfəzi sahilində ilk tapıntılar zamanı geoloq Con Uilyam Douson onları çürümüş ağaclar hesab edərək orqanizmi "ilk iynəyarpaqlı" adlandırmışdı. Lakin 2001-ci ildə Milli Təbiət Tarixi Muzeyinin paleontoloqu Frensis Hyuber “Prototaxites”in böyük ehtimalla nəhəng göbələk olduğu qənaətinə gəldi. Bu hipotez uzun müddət əsas hesab olunurdu.
Daşlaşmış qalıqların mikromühitinin daha ətraflı öyrənilməsindən sonra şübhələr yarandı. Edinburq Universitetinin paleobotaniki Aleksandr Heterinqtonun rəhbərlik etdiyi tədqiqat qrupu tərəfindən aparılan yeni iş, “Prototaxites” in anatomiyasının və kimyəvi tərkibinin göbələklərə, bitkilərə, yosunlara və ya şibyələrə uyğun gəlmədiyini göstərdi.
Alimlər “Prototaxites” taiti növünün bir neçə fraqmentini təhlil edərək mümkün variantları ardıcıl olaraq istisna etdilər. Borulu strukturların unikal quruluşu göbələklərin məlum anatomiyası ilə üst-üstə düşmür, kimyəvi "iz" bitkilər və ya yosunlar üçün xarakterik deyil, hüceyrə divarlarının olması isə orqanizmin heyvan təbiətini istisna edir.
"Biz Prototaxitesi heç bir müasir canlı xəttinə aid edə bilmirik", - deyə emi işin müəllifləri qeyd ediblər. Onların fikrincə, onu tamamilə nəsli kəsilmiş və əvvəllər təsvir edilməmiş eukariot qrupunun nümayəndəsi kimi baxmaq ən düzgündür.
Bu nəhəng orqanizmlərin nə səbəbdən yox olduğu hələ də məlum deyil. Tədqiqatçıların sözlərinə görə, “Prototaxites” təkamülün bir sıra təcrübələr silsiləsi olduğunu xatırladır ki, onların bir çoxu özündən sonra nəsil qoymayıb.
Almaz Həsənli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 24 Yanvar 2026 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see214

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see179

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see153

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see149

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see149

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see149

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see148

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri