Icma.az
close
up
RU
Kosmosda naməlum canlı orqanizm tapılıb

Kosmosda naməlum canlı orqanizm tapılıb

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.


Kosmosda naməlum canlı orqanizm aşkar edilib. Mütəxəssislərin fikrincə, ümumiyyətlə, kosmik stansiyaların göyərtəsində bu cür bakteriyaların tapılması heç də elmi kəşf deyil.
Reyting.az
xəbər verir ki, "Space" saytının yaydığı məlumata görə, Çinin "Tiangong" gəmisində tapılan tamamilə yeni bir mikroorqanizm növü digər tədqiqatçıların da təəccübünə səbəb olub. Onlar bu növün elm aləmində əsl sürpriz olduğunu bildiriblər.
Çinli mütəxəssislər təcrübədə ilk dəfə Yer planetində əvvəllər heç vaxt müşahidə edilməyən və kosmosda orbital uçuşun ekstremal şəraitinə uyğunlaşmış "Niallia tiangongensis" adlandırılan yeni bakteriyanı qeydə alıblar.
Yeni, naməlum bakteriyaların nümunələri alimlərin orbitdəki mikrobiomun tədqiqi zamanı Çin kosmik stansiyasının yaşayış modullarından toplanıb. Bu bakteriyalar üzərində elm adamlarının apardığı geniş tədqiqatların nəticəsində məlum olub ki, yeni növ stresli şəraitə davamlıdır, hətta davranışları ilə mübahisələr yarada bilir, həmçinin jelatindən enerji mənbəyi kimi istifadə edir. Bakteriya üçün bu cür xüsusiyyət belə bir şəraitdə olduqca qeyri-adi təsir bağışlayır.
Tədqiqatçılar müəyyən ediblər ki, "Niallia tiangongensis" adlanan bu yeni və canlı bakteriya immuniteti zəif olan insanlarda infeksiyaya səbəb olan mikroorqanizmin, elm aləmində "Niallia circulans" adlanan torpaq bakteriyasının qohumudur. Bununla belə, onun kosmik "qohumunun" ekipaj üçün təhlükə yaradıb-yaratmadığı hələlik məlum deyil.
Lakin deyilənlərlə tam razılaşmayan bəzi çinli mütəxəssislərin fikrincə, aşkar edilən növlərin xüsusiyyətləri həyəcanvericidir. Mütəxəssislər deyirlər ki, vakuumda yaşamaq, tam steril mühitə uyğunlaşmaq və çox asanlıqla maddələr mübadiləsini dəyişdirmək qabiliyyəti yeni bakteriyanı daha da gücləndirəcək. Bu isə çinli alimlər tərəfindən yenicə kəşf edilən və digər orqanizmlərdən daha çox fərqlənən qeyri-adi xüsusiyyətlərə malik nadir növ bakteriyanın yaxın gələcəkdə nəzərdə tutulan planetlərarası missiyalar prosesi zamanı astronavtların səhhətinə sağalmaz zərbə vurmağa qadir potensial bir təhlükəyə çevriləcəyi deməkdir.
Çinli tədqiqatçılar vurğulayıblar ki, bu cür yeni kəşflər bir daha kosmosun sadəcə boşluq yox, naməlum xüsusiyyətli canlı orqanizmlər üçün yeni yaşayış yeri olduğunu sübuta yetirir.
Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://reyting.az
archiveBu xəbər 21 May 2025 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see408

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see402

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see278

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see259

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see248

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see241

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see239

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see235

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see234

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see218

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see207

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see207

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see203

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see202

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see201

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see198

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see194

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see193

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri