Icma.az
close
up
RU
Naqasakidə 81 il əvvəlin bu günü zaman dayandı

Naqasakidə 81 il əvvəlin bu günü zaman dayandı

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yaponiya sakinləri ABŞ-nin 81 il əvvəl Naqasakiyə atdığı atom bombasının qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Moderator.az bu barədə TASS agentliyinə istinadən xəbər verir.

Ənənəvi olaraq, bir dəqiqəlik sükut yerli vaxtla saat 11:02-də (Bakı vaxtı ilə 06:02 - red.) elan edilib. 1945-ci il avqustun 9-da məhz həmin vaxt ABŞ Hərbi Hava Qüvvələrinin "B-29" strateji bombardmançı təyyarəsindən atılan "Gonbul" bombası Naqasaki üzərində partlayıb.

Naqasaki hakimiyyətinin məlumatına görə, Sülh Parkında keçirilən matəm tədbirlərində 100-ə yaxın ölkə və regionun nümayəndələri iştirak edəcəklər. Xarici qonaqların bir çoxu bir gün əvvəl atom bombasının partladığı ərazidəki abidənin önünə çiçəklər qoyublar.

Xirosima və Naqasakinin atom bombardmanları İkinci Dünya müharibəsinin lap sonunda ABŞ Silahlı Qüvvələri tərəfindən həyata keçirilib. Hücumların rəsmi məqsədinin Yaponiya imperiyasının təslim olmasını sürətləndirmək olduğu bildirilirdi.

Bu hücumlar bəşəriyyət tarixində nüvə silahının döyüş şəraitində tətbiq edildiyi yeganə haldır. Birləşmiş Ştatlar bu günədək həmin addımları "hərbi zərurət"lə əsaslandıraraq mənəvi məsuliyyətini etiraf etməyib.

2023-cü ilin mayında Xirosimada keçirilən Böyük Yeddilik (G7) sammitində ABŞ prezidenti kimi iştirak edən Co Bayden, eləcə də 2016-cı ildə bu şəhəri ziyarət edən ilk fəaliyyətdə olan ABŞ prezidenti Barak Obama nüvə zərbələrinə görə üzr istəməyiblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Avqust 2026 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri