Icma.az
close
up
RU
“Nar” ardıcıl altıncı il Müştəri Loyallığı İndeksində lider oldu

“Nar” ardıcıl altıncı il Müştəri Loyallığı İndeksində lider oldu

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Sərfəli internet tarifləri və münasib qiymət siyasəti sayəsində “Nar” Müştəri Loyallığı İndeksi (Net Promoter Score – NPS) üzrə 6-cı dəfə ölkənin lider mobil operatoru seçilib.

"Unikal" xəbər verir ki, operator ümumi NPS göstəricisi üzrə lider olmaqla yanaşı, Gəncə, Xaçmaz, Sumqayıt, Abşeron və Lənkəran bölgələrində də ən yüksək nəticələri əldə edib. Respondentlərin fikrincə, ən yaxşı mobil internet və sərfəli qiymətləri məhz “Nar” təklif edir. Beynəlxalq araşdırma şirkəti tərəfindən keçirilən sorğuda müxtəlif yaş və peşə qruplarından insanlar iştirak edib və nəticələr “Nar”ın müştəri məmnuniyyətindəki dayanıqlı liderliyini təsdiqləyib.

“Nar” müştəri təcrübəsini gücləndirən əsas amillərdən biri də rahat və əlçatan xidmət təqdim edən mağazalar şəbəkəsidir. 2024-cü il ərzində altı yeni mağaza istifadəyə verilib. Bununla yanaşı, 2019-cu ildən başlanmış mağazaların modernləşdirilməsi başa çatıb və artıq bütün “Nar” mağazaları müasir konsept və rahat müştəri təcrübəsi ilə fərqlənir. Yenilənmiş mağazalar mobil rabitə xidmətləri üçün daha əlverişli mühit yaradır ki, bu da müştəri loyallığına müsbət təsir edir.

“Nar” müştəri məmnuniyyətini yalnız sərfəli xidmətlə deyil, sosial məsuliyyət strategiyası ilə də gücləndirir. Operator 2024-cü ildə təhsil, milli-mənəvi irs, vətənpərvərlik və inklüzivliyə yönəlmiş 40-dan çox sosial layihəyə iki milyon manata yaxın sərmayə yatırıb. Bu təşəbbüslər “Nar”ın cəmiyyət üçün sosial dəyər yaradan bir brend olduğunu göstərir. Şirkət 2025-ci ildə də bu istiqamətdə fəaliyyətini genişləndirməyi hədəfləyir.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://unikal.az
archiveBu xəbər 03 Mart 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri