“Nargin. Sona qədər sirli” filminin treyleri yayımlanıb
Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin keçirdiyi “Film istehsalına dəstək” müsabiqəsinin qaliblərindən olan “Nargin. Sona qədər sirli” sənədli-bədii filminin treyleri yayımlanıb.
Kulis.az xəbər verir ki, yaxın vaxtlarda “Karvan production” tərəfindən istehsal olunan filmin təqdimatı keçiriləcək.
Film 1915-1917-ci illərdə Bakının Nargin adasında Çar Rusiyası tərəfindən saxlanılan Türk əsirlərin həyatından və onların azərbaycanlı Sona Hacıyeva tərəfindən xilas edilməsindən bəhs edir.
Filmin ssenari müəllifi və rejissoru Xəyyam Abdullazadə, prodüseri Elməddin Alıyev, koprodüser Mətin Gündoğdu, quruluşçu operatoru Aleksey Malinkoviçdir.
Qeyd edək ki, “Nargin. Sona qədər sirli” Türkiyə-Azərbaycan ortaq tarixindən bəhs edən ilk bədii-sənədli müştərək filmdir.
Şuşa Teatrına yeni təyinat Russel Brand haqqında ittiham Kamal Abdulla: "Azdramada baş verənlər məni narahat edir" - Müsahibə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 18 Aprel 2025 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















