Melaniya Tramp filminin treyleri yayımlanıb VİDEO
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
ABŞ-nin birinci xanımı Melaniya Tramp haqqında iki hissəli filmin rəsmi treyleri yayımlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prime Video platformasında məlumat verilib. Bildirilib ki, Melaniya Tramp və Prime Video “MELANIA, The Series” adlı layihənin rəsmi treylerini təqdim ediblər.
İki hissədən ibarət ekran işi Melaniya Trampın həyat yoldaşının andiçmə mərasimindən sonrakı həyatının indiyədək açıqlanmayan məqamlarını əks etdirəcək. Birinci hissə “Ailə və Etibar”, ikinci hissə isə “Qürur və Şərəf” adlanır. Filmin premyerasının noyabrın 20-də Prime Video platformasında keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl həyat yoldaşının Rusiya və Ukrayna ilə bağlı fəaliyyətinə görə tarixə düşəcəyini bildirmişdi. O, həmçinin Melaniya Trampın “Melaniya” adlı sənədli filminin uğurundan qürur duyduğunu qeyd edib.
Bu ilin fevral ayında Melaniya Tramp Rusiya və Ukraynada yaşayan ailələrin yenidən birləşməsinə, uşaqların yaxınlarına qovuşmasına kömək edib.
Xatırladaq ki, yanvarın 30-da Melaniya Trampın həyatı haqqında sənədli filmin premyerası keçirilib. Amazon tərəfindən 40 milyon dollara satın alınan ekran əsəri Donald Trampın ikinci andiçmə mərasimindən əvvəlki 20 günlük dövrü əhatə edir və hadisələri Melaniya Trampın öz baxış bucağından təqdim edir.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 07 Noyabr 2026 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















