Icma.az
close
up
RU
Narin Güran cinayətində yeni detallar: Ailə üzvləri mütəşəkkil şəkildə...

Narin Güran cinayətində yeni detallar: Ailə üzvləri mütəşəkkil şəkildə...

Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.

Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gündən sonra kəndin yaxınlığındakı dərə yatağında çuvalın içərisində cəsədi tapılan 8 yaşlı Narin Güranın istintaq işi ilə bağlı məhkəmə davam edir.

Publika.az xəbər verir ki, Narin Güranın məhkəməsində prokuror məsələ ilə bağlı çıxış edib.

Prokuror hadisəni gizlətmək üçün ailə üzvlərinin hər birinin mütəşəkkil hərəkət etdiyini bildirib. O qeyd edib ki, əldə edilən məlumatlar və dəlillər araşdırılarkən müttəhimlərin hadisə günü Narinin atası Arif Güranın evində olduqları müəyyən edilib.

Prokuror uşağı öldürməkdə təqsirli bilinən Narinin əmisi Salim Gürana, anası Yüksel Güran və böyük qardaşı Enes Gürana, həmçinin qızın cəsədini Sıratutmaz dərəsində gizlətdiyini istintaq mərhələsində etiraf edən Nevzat Bəxtiyara ömürlük həbs cəzası istəyib.

Prokuror Türkiyə Cəza Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq müttəhimlərin cəzalarının azaldılmamasını da istəyib. Həmin şəxslər isə ifadələrində özlərini müdafiə ediblər.

Müttəhim Nevzat Bəxtiyar Güran ailəsinin "Niyə Narini öldürdün?" sualına qətiyyətlə cavab verib:

"Mənə böhtan atırlar, Narini qətiyyən öldürməmişəm. Səlim özü mənə dedi. Narinin meyitini götürərkən Səlim onu ​​öldürdüm dedi. Bir anda peşman oldum, Narinin cəsədini basdırdığım yerdən götürüb yolun kənarında qoymaq istədim. Hadisənin həyəcanından niyə və necə öldürdüyünü soruşmadım. Ancaq Tavşantəpə səmtində Səlim Güranın Narinin anası Yüksel Güran və öz dayısının arvadı ilə əlaqəsi olduğu haqda söz-söhbət yayılmışdı”.

Ata Arif Güran sorğu-sual zamanı ondan Narinin görməməli olduğu bir şey gördüyü üçün öldürüldüyü iddiasının əsassız olduğunu bildirib. O, Səlim Güranın qızına pislik edəcəyinə inanmadığını və Səlimin Narini öldürmədiyini deyib.

Narin Güran məhkəməsində çıxış edən Diyarbakır Vəkillər Kollegiyasının sədri Abdülkadir Güleç prokurorun müttəhimlərlə bağlı fikirləri ilə razılaşdıqlarını qeyd edib: "Məqsədimiz Narinin qatillərini ortaya çıxarmaqdır. Biz də, Arif bəy də eyni şeyi istəyirik, Narinin niyə və kim tərəfindən öldürüldüyünü tapmaq istəyirik”.

Roza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://publika.az
archiveBu xəbər 27 Dekabr 2024 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri