Narin Güran cinayətində YENİ HESABAT istintaqın gedişatını dəyişə bilər
Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Diyarbəkirdə 8 yaşlı Narin Güranın qətlinə dair yeni hesabat təqdim olunub.
BAKU.WS haberglobal-a istinadən xəbər verir ki, Hindistan mərkəzli Brilliant Forensic Investigation (BFI) şirkəti tərəfindən hazırlanan hesabatda Narin Güranın əmisigildə deyil, qonşuları Nevzat Bahtiyarın evinin yaxınlığında qaçırıldığı iddia olunur.
Hesabatda qeyd olunur ki, Narin heç vaxt Arif Güranın evinə çatmayıb. Kamera görüntüləri və kölgə analizləri əsasında aparılan araşdırmada, hadisənin Bahtiyarın evinə yaxın ərazidə baş verdiyi ehtimalı irəli sürülür.
BFI həmçinin Almaniya və Beynəlxalq Kriminal Bürosunun əvvəlki hesabatlarında texniki səhvlər olduğunu bildirir. Salim Güranın vəkili bu yeni hesabatı məhkəməyə təqdim edib və işin yenidən araşdırılmasını istəyib.
Xatırladaq ki, Narin Güran 2024-cü ilin avqustunda itkin düşmüş, 19 gün sonra meyiti çay yatağında tapılmışdı. Dörd nəfərə qarşı ağırlaşdırılmış ömürlük həbs cəzası verilmişdi. Yeni hesabat bu qərarın dəyişməsinə səbəb ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 29 İyun 2025 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















