Icma.az
close
up
RU
Narkotik alverçiləri ölkələrin qanunlarını, sərhədlərini tanımır

Narkotik alverçiləri ölkələrin qanunlarını, sərhədlərini tanımır

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Narkotik maddələrin yaratdığı fəlakət təkcə istifadəçini deyil, onun ailəsini, yaxınlarını, cəmiyyətin bütövlüyünü hədəfə alır. Xüsusən də azyaşlılar və gənclər bu təhlükənin əsas hədəf qrupudur. Onların təcrübəsizliyi, maraq hissi və bəzən də yanlış təsir altına düşməsi, narkotikdən qaynaqlanan faciələrin başlanğıc nöqtəsinə çevrilə bilir.
1. Erkən maarifləndirmənin həyati əhəmiyyəti

Beynəlxalq araşdırmalara görə, narkotik maddələrə başlama yaşının çox zaman 13-17 arası olduğu müşahidə olunur. Narkotikə erkən yaşda başlayanların asılılıqdan xilas olmaq şansı 4 dəfə azdır. Yəni gənclər zərərin fərqinə varmadan asılılığın girdabına düşürlər. Təlimlərimin əsas məqsədi bu təhlükəni vaxtında izah etmək, real fəsadları göstərməkdir.
2. Dünyada baş verən real faciələrdən dərs almaq
ABŞ Opioid böhranı: Son 20 ildə təkcə ABŞ-da kimyavi narkotiklərin istifadəsi nəticəsində 2 milyondan çox insan həyatını itirib. Bu yalnız fərdləri deyil, bütöv şəhərləri iqtisadi və sosial böhrana sürükləyib.
Kanada Fentanyl fəlakəti: Gənclər arasında “əyləncə” məqsədli qəbul edilən Fentanyl, çox az dozada belə ölümə səbəb olub. 2022-ci ildə Britaniya Kolumbiyasında narkotikdən ölüm halları tarixi rekord vurdu.
Rusiya “Krokodil” narkotik maddəsi: Ucuz və asan əldə olunduğu üçün gənclər arasında yayılan bu maddə bir neçə ay ( bəzilərində daha tez ) ərzində insanın orqanizmini məhv edir, dəhşətli bədən yaraları və sürətli ölümə gətirib çıxarır.
Avropa Sintetik maddələr: Polşa, Estoniya və Finlandiyada sintetik narkotiklərdən ölüm halları son 10 ildə iki dəfə artıb. Bəzi narkotiklər xüsusilə məktəb və universitet ətrafında satışı geniş yayılıb.
3. Təhlükə sərhəd tanımır
Narkotik alverçiləri ölkələrin qanunlarını, sərhədlərini tanımır. Sosial şəbəkələr və internet vasitəsilə narkotik maddələr artıq bir klik qədər yaxındır. Yeniyetmələr maraq xatirinə və ya dost təsiri ilə bu cəngəlliyə düşə bilirlər. Təlimlərdə biz onlara real həyat nümunələri, narkotikdən xilas ola bilməyən insanların hekayələri və hüquqi məsuliyyət barədə ətraflı məlumat veririk.
4. Gənclərə ümid, alternativ və seçim imkanı təqdim etmək
Antinarkotik təlimlər yalnız qorxutmaq məqsədi daşımır. Biz gənclərə sağlam həyat tərzinin üstünlüklərini, idmanın, yaradıcılığın və bilik qazanmağın gətirdiyi uğurları göstəririk. Onlar anlamalıdırlar ki, həyatın gözəlliyi qısa “hiss”də deyil, uzunmüddətli xoşbəxtlikdədir.
5. Təlimlərin nəticələri
Təcrübə göstərir ki, davamlı maarifləndirmə tədbirləri keçirilən məktəblərdə narkotiklə bağlı insidentlərin sayı kəskin azalır. Bu, həm hüquq-mühafizə orqanlarının statistikasında, həm də valideynlərin rəyində öz təsdiqini tapır.
Tez-tez keçirilən antinarkotik təlimlər gənclərin həyatını xilas edir. Dünyada baş vermiş fəlakətlər göstərir ki, susmaq, gözləmək və gizlətmək faciəyə gətirib çıxarır. Maarifləndirmə isə qoruyucu qalxandır gənclərin gələcəyini narkotik zəncirindən qurtarmağın ən təsirli yoludur.
Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyi nin sədri ekspert Emil Maqalov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 22 Sentyabr 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri