Narkotik əməliyyatında saxlanılmışdı ilk açıqlamasını verdi
Icma.az, Olke.az saytına istinadən bildirir.
Türkiyədə narkotiklə bağlı aparılan istintaq çərçivəsində keçirilən əməliyyat zamanı saxlanılan aktyor Can Yaman sərbəst buraxıldıqdan sonra ilk açıqlamasını verib.
Ölkə.az-ın məlumatına görə, o bildirib ki, barəsində yayılan iddialar həqiqəti əks etdirmir.
Aktyor sosial şəbəkə hesabında italyanca paylaşım edərək iddialara münasibət bildirib:
“Romaya dönüş. Əziz İtaliya mətbuatı, Türkiyə mətbuatının hər zamankı hücumları artıq təəccüblü deyil. Amma siz də… Zəhmət olmasa Bosfordan gələn xəbərləri kopyalayarkən səhv etməyin. Polisin bu qədər məşhuru saxladığı bir vaxtda narkotiklə gəzdiyimi doğrudanmı düşünürsünüz? Əgər iddialarda ən kiçik həqiqət payı olsaydı, bu qədər qısa müddətdə sərbəst buraxılmazdım və ertəsi gün İtaliyaya qayıda bilməzdim. Sizi sevirəm.”
Qeyd edək ki, İstanbul Respublika Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərə qarşı Mübarizə İdarəsi tərəfindən “Narkotik” və “Fahişəlik” maddələri üzrə aparılan istintaq çərçivəsində dünən 6 obyektə əməliyyat keçirilib. Əməliyyat zamanı 1 obyektdə axtarış və müsadirə aparılıb.
Axtarışlar zamanı narkotik maddə olduğu ehtimal edilən müxtəlif mayelər və istifadəyə yararlı qalıqlar, kokain, marixuana, həblər, həssas tərəzi və mərmi aşkar edilərək götürülüb.
İstintaq çərçivəsində 7 şübhəli "Şəxsi istifadə üçün narkotik və ya stimullaşdırıcı maddələrin saxlanması", "Narkotik istifadəsinə kömək etmək" və "Kimisə fahişəliyə təhrik etmək, onu asanlaşdırmaq və ya vasitəçi kimi fəaliyyət göstərmək və ya fahişəlik üçün yer təmin etmək" ittihamları ilə saxlanılıb. Saxlanılanlar arasında aktyorlar Can Yaman, Selen Görgüzel, Ayşe Sağlam və Ceren Alperin də olduğu öyrənilib.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 12 Yanvar 2026 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















