Türkiyənin məşhur komediya aktyoru narkotik əməliyyatında saxlanıldı
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyədə aparılan genişmiqyaslı istintaq çərçivəsində narkotik və psixotrop maddələrlə bağlı bir sıra cinayət maddələri üzrə əməliyyatlar həyata keçirilib. Əməliyyatlar zamanı tanınmış şəxslər də daxil olmaqla bir sıra şübhəlilər saxlanılıb.
Moderator.az xəbər verir ki, saxlanılanlar arasında “Konuşanlar” proqramı ilə məşhurlaşan, təzəlikcə Marmara Universitetində keçirilən tədbirdə “Ən yaxşı komediyaçı” mükafatına layiq görülən tanınmış komediyaçı Hasan Can Kayanın da olduğu bildirilir.
Hasan Can Kayanın saxlanılma xəbəri ictimaiyyətə açıqlanandan sonra onun daha əvvəl qatıldığı televiziya proqramlarından birində səsləndirdiyi fikirlər sosial mediada yenidən yayılmağa başlayıb. Həmin açıqlamada Kaya, “Həyatım boyu siqaret çəkməmişəm, alkoqol da istifadə etmirəm” deyərək, hətta siqaret qoxusundan belə narahat olduğunu bildirmişdi.
Qeyd edək ki, İstanbulun Güngören rayonunda doğulan, ailəsi Malatya əsilli olan Hasan Can Kaya uzun illər ssenarist kimi fəaliyyət göstərdikdən sonra “Konuşanlar” proqramı ilə Türkiyədə geniş tamaşaçı kütləsi qazanib. Yumor üslubu və səmimi dialoqları ilə xüsusilə gənclər arasında populyarlıq qazanan Kaya son illərin ən çox müzakirə olunan komediyaçılarından biri kimi tanınır.
İstintaqla bağlı prosesin davam etdiyi, rəsmi qurumlar tərəfindən əlavə açıqlamaların veriləcəyi bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 31 Yanvar 2026 20:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















