Icma.az
close
up
RU
Narkotik maddə satanlar həbs edilməlidir, istifadəçilər yox Novella Cəfəroğlu

Narkotik maddə satanlar həbs edilməlidir, istifadəçilər yox Novella Cəfəroğlu

Icma.az bildirir, Sherg.az portalına istinadən.

"Bu zəhəri ölkəyə gətirənlər, burada yayanlar həbs olunmalı və ağır cəzaya məhkum edilməlidir"

Narkomaniya ailələri dağıdır. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”nin müzakirəsi zamanı bildirib ki, narkomaniya və toksikomaniya xəstələrinin sayının artması ailə institutunu zəiflədir. “Məruzədə qeyd edilir ki, son illərdə ölkədə narkomaniya və toksikomaniya xəstələrinin sayının artması narahatlıq doğurur. Bu xəstəliklər gənc nəslin fiziki və psixi inkişafına təhlükə yaradır, ailə institutunu zəiflədir, bütövlükdə əhalinin genofonduna mənfi təsir göstərir və gələcək nəsillərin sağlamlıq potensialı üçün ciddi problem yaradır”, - deyə Zahid Oruc qeyd edib.

Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, ictimai xadim Novella Cəfəroğlu “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Ombudsmanın hesabatı reallığa söykənir: 

- Narkomaniya dəhşətli bəladır və millətin genofonduna çox zərər vurur. Onun qarşısını almaq üçün məktəblərdən başlamalıyıq. Psixoloqlar, hüquq-mühafizə orqanları, müəllimlər və valideynlərlə birlikdə bütün orta məktəblərdə görüşlər keçirilməlidir. Bəli, bu asan deyil. Amma müxtəlif üsullar var. Məsələn, çəkilişlər edib məktəbələrə göndərmək, nümayiş olunmasını təmin etmək olar. Dərslərdə və ya dərsarası. Bu, proflaktika baxımından faydalı olardı. Məktəblərdə şagirdlər həkim müayinəsindən keçirilsin, narkoloji testlər aparılsın. Ailələr bunu bilməlidir, uşağın narkotiklərə meyli var, istifadə edirmi? Televiziyalarda qısametrajlı filmlər yayınlanmalıdır. Lüt müğənniləri efirə çıxarmaqdansa bu cür filmlər, sosial çarxları tez-tez efirə versinlər. Televiziyalarımız maarifləndirmə missiyalarının da olduğunu unudublar. Dövlət orqanlarına bu məsələdə ən böyük dəstəyi qeyri-hökumət təşkilatları, ictimai təsisatlar verməlidir. Cəmiyyət bilməlidir ki, narkomaniya ağır bir xəstəlikdir və onunla mübarizədə bütün cəmiyyət səfərbər olmalıdır. Reabilitasiya mərkəzlərinin sayı artırılmalı, psixo-terapevtlər müalicə kurslarına cəlb olunmalıdır. Anonim müraciət xətləri çox olmalıdır ki insanlar kömək üçün çəkinmədən ora zəng edə bilsinlər. Cəmiyyətə bu fikir aşılanmalıdır, narkotik istifadəçiləri xəstədir, onlara kömək edilməlidir. Narkotik maddə satanlar həbs edilməlidir, istifadəçilər yox. Narkotik istifadəçisini tutub həbsə atmaqla narkomanların sayı azalmayacaq. Bu zəhəri ölkəyə gətirənlər, burada yayanlar həbs olunmalı və ağır cəzaya məhkum edilməlidir. Bütün orqanlar, təsisatlar, ümumən cəmiyyət birgə çalışmalıdır, çünki bu bəla hamının qapısını döyə bilər. Dövlətin marağındadır ki, cəmiyyət bu bəladan xilas olsun. Bunun üçün də profilaktika, reabilitasiya vacibdir. Narkomaniya bəlasına düçar olmuş şəxslərin həyat hekayələri tv-lərdə, mediada işıqlandırılmalıdır. Əlbəttə, ad çəkmədən, şəxsiyyəti açıqlamadan və alçatlmadan. Çəkilişlər zamanı bu insanların üzləri qətiyyən göstərilməməlidir. Anonimlik qorunmalıdır. Bu işləri birgə həyat keçirsək, cəmiyyət fəal olsa, elə bil ki hər kəs öz övladının gələcəyini qorumuş olacaq. Problemin həllində dünya ölkələrinin təcrübəsindən istifadə etmək əsasdır. Çox iş görmək olar, təki istək və iradə olsun.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Fevral 2026 22:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri