Narkotikin təsiri altında olan mikroavtobus sürücüsü tutuldu VİDEO
Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik maddənin təsiri altında sərnişin daşıma fəaliyyəti göstərən sürücü ifşa olunub.
"Unikal" xəbər verir ki, stasionar postda yoxlama-nəzarət qaydasında saxlanılan “Hyundai” markalı mikroavtobusun sürücüsü Hafiz Piriyevin sənədləri yoxlanılarkən hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub.
Müayinə zamanı Hafiz Piriyevin narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.
Barəsində inzibati protokol tərtib edilən Hafiz Piriyev məhkəmənin qərarı ilə sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 1 ay müddətində inzibati qaydada həbs olunub.
Sərnişinlərin həyatı üçün təhlükə yarada biləcək hadisənin qarşısı növbəti dəfə DYP əməkdaşlarının sayıqlığı nəticəsində alınsa da, sərnişin daşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər bu sahədə daha kəsərli tədbirlər görməli, sükan etibar etdikləri sürücülərlə bağlı qanunvericiliyə uyğun nəzarət tədbirləri gücləndirilməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 03 İyun 2025 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















