Narkotikin təsiri altında motosiklet sürdü, tutuldu
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Narkotik vasitənin təsiri altında motosiklet idarə edən daha bir sürücü həbs edilib.
Bu barədə Globalinfo.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən sürücülük hüququ olmadan, dövlət qeydiyyat nişansız və səkidə piyadaların hərəkətinə maneə yaradan “Minsk” markalı nəqliyyat vasitəsinin sürücüsü Surac İbrahimov saxlanılıb.
Sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı S.İbrahimovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə S.İbrahimov qırx beş gün müddətinə inzibati qaydada həbs edilib.
Qeyd edək ki, ötən gün paytaxtda narkotiklərin təsiri altında avtoxuliqanlıq hərəkətləri edən motosiklet sürücüsü həbs edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 22 Mart 2025 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















