Icma.az
close
up
RU
Narsistin qeyd dəftərçəsindən Hikmət Orhun

Narsistin qeyd dəftərçəsindən Hikmət Orhun

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kulis.az Hikmət Orhunun "Narsistin qeyd dəftərçəsindən" adlı yeni yazısı təqdim edir.

(Fraqmentlər)

11:30

Mənə elə gəlir, kainat mənim qoyub getdiyim yerdən başlayır. Misal üçün, binalar, evlər, küçələr, yollar, magistrallar, meşələr, çaylar arxamca silinir, qədəm qoyduğum yerdə yeni dizaynla yenidən başlayır. İnsanlar yenidən ana bətninə düşür, doğulur, bir neçə saniyə ərzində böyüyüb müəyyən yaşa çatır. Mən qoyub gedəndə bir-bir ölür, uçub dağılır binalar, evlər, yollar, magistrallar, meşələr, çaylar, insanlar...

“Bu kainat mənə xatir yaradılıb” kimi olduqca primitiv düşüncədən çox uzaqdır. Əksinə qədəm qoyduqca mən yaradıram kainatın dörd tərəfini. Toxucu kimi ilmə-ilmə toxuyuram.
Təsəvvür edin ki, kainat mənim evimin divarından asdığım xalçadır. (Hərçənd xalçanı bir dəfə toxuyursan, çıxıb gedir, amma sadəcə təsəvvür yaratmaq üçün bundan daha məntiqli nümunə tapa bilmədim.) Mən onu hər dəfə söküb yenidən toxuyuram əlində yetərli materialı olmayan xalçaçı rəssam kimi...

Bir dəfə ulduzları sağ tərəfdə bol toxuyuram, bir dəfə sol tərəfdə... Bir dəfə günəşi sağda toxuyuram, bir dəfə ayı... Siz də elə bilirsiniz, günəş hər səhər şərqdə doğur, qərbdə batır.

14:31

Mən başımı yerə dikəndə baxıb görə bildiyim qədərdən ibarət olur bütün kainat. Göyə qaldıranda… o görə bildiyim qədər yer də silinib gedir, təkcə mənim yaddaşımdan deyil, kainat özü-özündən…
Bəzən insanlar telefon və ya kamera firmalarının piar oyunlarına aldanıb bahalı avadanlıqlar alırlar gördükləri şeyləri panarom foto şəklində saxlamaq üçün. Nə qədər aldandıqlarının özləri də fərqində deyillər. Əslində, heç nəyi yadda saxlamaq mümkün deyil, çünki mən başımı o yana çevirəndə o avadanlıqlar da silinib gedir yaddaş kartları ilə birlikdə.

14:55

Bəzən baxıram, ətrafımdakı insanlar yaşamaq üçün özünü oda-közə vurur, səhər oyanmaq istəməsə də oyanıb əsnəyə-əsnəyə işə gedir, maaş almaq üçün müdirin hər acı sözünə belə gülümsünür, özünü buna məcbur edir, doğub-törəmək üçün özünə həyat yoldaşı axtarır — bunları gördükcə necə ürəyim ağrıyır, dillə demək mümkün deyil, çünki bilmirlər ki, hər şey puçdur, mən beş addım o tərəfə gedən kimi uşaqların “klass” oynamaq üçün yerə çəkdiyi düzxəttlərsayaq silinib gedəcəklər.

Əlini ağdan-qaraya vurmasalar belə qurulu sistemə əsasən elə də, belə də hamısının qarnı doyacaq beş-on saniyəlik, uzağı bir saatlıq ömrü olan insanların, daha dəqiq desək, dekorativ əşyaların bu yaşamaq mübarizəsi mənə gülməli gəlir.

Mən belə istəyirəm çünki. İstəyirəm hamısının qarnı tox olsun. Kimsə ac qalmasın istəyirəm. Hiss edirəm, indi kimsə deyir, bəs, varlılar — onlar niyə var? Yenə gülürəm. Əslində, heç kasıblar da yoxdur. Hər şey illüziyadır. “Varlı-kasıb” anlayışı var sadəcə. Özü isə illuziyadan başqa bir şey deyil.

Bu anlayışı daxilimdəki ədalət hissi ədalətsizliyi üstələməsin deyə uydurmuşam. Sizə sual edirsiniz ki, on beşinin yaşamağa daxma qaralamaq üçün gücü çatmadığı halda, birinin on beş evi necə olur, villası necə olur? Olmur əslində. Bu mənim öz beynimlə oyunumdur, siz isə tamaşa edib beş dəqiqə sonra unudursunuz, çünki mən o tərəfə gedən kimi yaddaşınız da sizinlə bərabər silinib gedir.

15:51

Ədalət mühakiməsi maraqlı məsələdir, mən heç vaxt öz içimdə buna şərait yaratmaram. O zaman gərək hansısa küçədən keçən birinin sözünə də əhəmiyyət verim ki, bu mənim xarakterimə olduqca yaddır.
Necə ola bilər, mən başımı o tərəfdən bu tərəfə çevirəndə təklikdən sıxılmayım, görüb əylənim deyə yaradılan biri məndən daha vacib söz desin.

Elədir ki, var. Bütün insanlar mənim daha maraqlı ömr sürməyimə xidmət edir; kasıblar xeyrin, varlılar şərin simvoludur. İçimdə xeyirlə şərin mübarizəsi gedir, siz sadəcə onun görə biləcəyiniz qədərini görürsünüz. Daha dəqiq desək, mən icazə verdiyim qədərini, yəni görməli olduğunuz qədərini. Onu da bir neçə saniyə ərzində bütün kadrlar silinəndən sonra unudursunuz, gedir.

19:14

Gözlərim mürgü vurur yenə. Siz də elə bilirsiniz, günəş üfüqdə gizlənməyə gedib, axşam düşür. Əslində nə axşam var, nə sabah var, nə gündüz var, nə gecə var. Mən arada yorulub yatır, ya mürgü döyürəm, o qədər. Fəsillər də yoxdur. Nə payız var, nə qış var, nə yaz var, nə yay var. Sadəcə hərdən bu tik-sök işlərindən soyuyuram, yoruluram. Hələ təqvim də yaradıb Misir kahinləri.

Misir kahinləri e. Misir var ki, kahinləri də olsun? Əcəb işə düşmüşəm, mən ölüm. Bir balaca demokrat narsist oldun, beyninin içini hərə bir tərəfə parçalayır “parçala və hökmranlıq et” deyə. Düzdür, parçalayırlar, amma hökmranlıq edə bilmirlər, çünki məlum məsələdir, mən olmadığım yerdə həyat yoxdur.

Misir də, elə o sayaq parçalayıb müxtəlif şəkildə adlandırdıqları kainatın başqa hissələri də mən televizora baxanda ancaq bir neçə saniyəlik mövcud olur, sonra yoxa çıxır. Özlərindən Amerika kəşf edirlər. Əşşi, azadlıq vermişəm, beş-on saniyə və ya beş-on dəqiqə nə ömrünüz var, yaşayın, niyə özünüzü öldürürsünüz? Gah televizor icad edirsiniz, gah Amerika kəşf edirsiniz!

“Baxma, qitəyə-zada da bölmüş olarlar” deyirdim ki, bir baxam, görəm nə — hazırdır. Avropa, Asiya, Afrika, Amerika… Bir dəqiqə boş dayanmırlar e.

Bu gündən sərt qaydalar tətbiq etmək lazımdır, belə getsə, Habil, Qabili öldürəcək…

19:41

Bir az qabaq öyrəndim ki, əslində sevə bilmirəm, sadəcə sevməyi imitasiya edirəm. Sevgini ilahiləşdirənlər, sevgi məsumdur deyib onu yükləyənlər olduqca gülməli gəlir, onları görəndə gözlərinin içinə baxıb gülmək və demək istəyirəm ki, siz nə qədər ağılsız məxluqlarsınız.

Axı, sizin bu dünyada bircə missiyanız var: cütləşmək və doğub-törəmək. Başqa heç nə. Yerdə qalan nə varsa, insanın özünü məhdudlaşdırmasına xidmət edir.

Bəli, məhz məhdudlaşdırmasına xidmət edir, çünki böyük əksəriyyət sevdiyi qadına dəyər verdiyini göstərmək üçün hansısa fahişə ilə birlikdə olanda etdiklərini etmir ki, adam arvadına bunu etməz.

Yox e, istəyir, sadəcə şüuraltında özünü məhdudlaşdırdığı, sevdiyi qadını dağın başına qoyduğu, sevgi məhfumunu ilahiləşdirdiyi üçün cəsarəti çatmır.

Halbuki sevgi qətiyyən məhfum deyil. İnsan sevgini, daha doğrusu, seksi gərək ilk insanın yaşadığı şəkildə yaşaya, yəni bütün çılpaqlığı ilə.

İstədiyi şəkildə. İnsan istəkləri boğulursa, o sevgi olmur, cəza olur. Gözün görür, ürəyin istəyən şeyi istədiyin şəkildə etmir, axırda da hansısa ucuz fahişəxanaya pənah aparıb xəyanət edirsən. Belə sevgi olar?

Mən çox fikirləşəndə Məcnunu da qınayıram əslində. Adam dərdindən səhraya-zada düşdüyü Leyli qayıdıb gələndə qəbul etmədi ki, yox, sən əvvəlki Leyli deyilsən.

Yeri, get, əşşi.

İndi kimsə bir az da metafizik söhbətlərə, dinə işarə edib deyə bilər ki, nə boş-boş çərənləyirsən, orda Məcnun filan şeyi nəzərdə tutmuşdu.

Mən də qəribə adamam e, kim deyə bilər ki?! Kim var ki?! Desə, nə olacaq ki? Axı, beş-on saniyə sonra unudulacaq sözün nə hökmü var.

21:50

Gözlərim yumulur artıq. Bəzi axmaqlar da elə zənn edir, axşam düşüb. Tələm-tələsik evə qaçışır...

Salam Sarvan poeziyasında sözün rəqsi və zamanın palitrası - Elmir Həsən "B.Pasternak, İ.Brodski: Rus şeirində iki səs, bir əks-səda..." - Seminar Mərakeşlə mədəni əməkdaşlıq müzakirə olunub
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://kulis.az
archiveBu xəbər 20 May 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see402

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see294

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see268

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see240

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see224

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see204

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see202

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see200

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see190

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see186

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see181

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see178

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see177

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see177

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see170

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see170

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see167

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see163

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see156

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri