Icma.az
close
up
RU
Sosial şəbəkələrin Azərbaycan seqmentində hökm verən kişilərə qalsa... Hikmət Orhun

Sosial şəbəkələrin Azərbaycan seqmentində hökm verən kişilərə qalsa... Hikmət Orhun

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Kulis.az Hikmət Orhunun yeni yazısını təqdim edir.

Ülviyyə Lalə yeni imzadır. Sərbəst şeirlər yazır. Fikirləri də şeirlərinin forması qədər sərbəstdir, azaddır.

Gözü ilə gördüyü, əli ilə toxunduğu hər şey onun üçün şeirdir.

Həyatı şeir olaraq görür mübaliğəsiz.

Kitablardan oxuyub öyrəndiklərini, gündəlik həyatda qarşılaşdığı adi məişət hadisələrini özünəməxsus şəkildə şeirə çevirir.

Mən onun şeirlərini oxuya-oxuya tanımışam – yaşadığı dövrdə qadınların çadrasız məclislərdə iştirakı qadağan edildiyi üçün kişi paltarı ilə xanəndəlik edən Mirzə Gülləri. O Mirzə Güllərdir ki, 1914-cü ildə Kiyevdə “Monarx-Rekord”, “Ekstrafon” səsyazma şirkətində bir neçə muğam və mahnı onun ifasında qrammofon valına yazılıb.

Ət yeməyinin yaxşı yerləri kişinin qabağına qoyulduğu üçün şərqli qadının anemiyadan əziyyət çəkdiyini onun şeirləri sayəsində öyrənmişəm mən. Sosial şəbəkələrin Azərbaycan seqmentində hökm verən kişilərə qalsa, bu adi məsələdir.

Qadınlarda qan azlığının menstruasiya səbəbindən yarandığını iddia edir, bu fikri müdafiə edirlər. Halbuki qərbdə də qadınlar menstruasiya olur, amma onlarda qan azlığı çox da yüksək deyil. Belə baxanda, bunlar azərbaycanlı oxucu üçün heç şeir mövzusu da deyil, çünki indiyə
qədər Azərbaycan kişiləri qadınları gülə-çiçəyə bənzədib, onları dibçəkdə sevməkdə maraqlı olublar.

Ülviyyə isə qadının günəş görmədiyi üçün sınan dırnaqlarına, tökülən saçlarına qaynaq etdiyindən yazır, qadın olaraq onu dibçəkdən sevmək istəyənlərə bir növ meydan oxuyur şeiləri ilə.

Amerikalı şair Silviya Plat kimi, türkiyəli şair Didem Madak kimi...

Ülviyyə də eynilə onlar kimi özünü, öz yaşantılarını yazır.

Məncə, ədəbiyyat nizam, ölçü, qafiyə və bu kimi standartlardan daha çox özünü yazmaq hadisəsidir.

Son dövr şairlərin və yazıçıların əksəriyyəti gördüyünü qoyub görəcəyə getməklə məşğuldur, Bakıda oturub bakılının dərdini yazmaq yerinə fələstinli uşağın keçirdiyi hisləri yazmağa çalışır, olduqca qeyri-səmimi görünür, yazdığının “xaltura” olduğu hiss etdirir.

Ülviyyə isə onların heç birinə bənzəmir, heç birini yamsılamır, özündən, öz problemlərindən çıxış edib onları qlobal müstəvidə dilə gətirməyə cəhd edir.

Tanınmış reper "qara siyahı"ya salındı Telli Pənahqızına vəzifə verildi "Tolstoy" festivalının builki mövzusu - Ailə səadəti
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://kulis.az
archiveBu xəbər 06 Avqust 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri