Icma.az
close
up
RU
NASA alimi UNO larla bağlı sirri açdı: Gec tez tapacağıq

NASA alimi UNO larla bağlı sirri açdı: Gec tez tapacağıq

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Amerika kosmik agentliyi NASA-nın veteran alimi, doktor Centri Li iddia edir ki, yadplanetlilər mövcuddur - onlar sadəcə Yer kürəsinə baş çəkməyiblər.

Turkustan.az xəbər verir ki, Li ilk dəfə Marsa “Vikinq” missiyasında iştirak etdiyi 1968-ci ildən bəri ABŞ kosmik agentliyində çalışır. O vaxtdan bəri, o, yarım əsrdən çox uzaq planetlərə eniş üçün zondlar hazırlamağa sərf etsə də, “Daily Mail” qəzetinin yazdığına görə, başqa bir dünyadan olan varlıqların heç vaxt Yer kürəsinə səfər etmədiyini iddia edir.

Alim Feniksdə keçirilən Amerika Elmin İnkişafı Assosiasiyasının (AAAS) konfransında deyib: "Bu gün Yer kürəsinə heç bir yadplanetlinin və ya yadplanetli gəmisinin düşdüyünü göstərən sübut yoxdur. Əgər əksinə inanırsınızsa, deməli, siz xəyal altında hərəkət edirsiniz".

Ekspertin sözlərinə görə, amma uzaq planetlərə gəldikdə, orda haradasa həyat var.

"Biz başqa yerdə həyat formasını tapacağıq. Şanslar çox böyükdür", - alim deyib.

“Daily Mail” qəzetinin şərhinə görə, alimlər ümumiyyətlə yadplanetlilərin həyatı üçün ən yaxşı namizədlərin, qalaktikanın digər yerlərində uzaq ulduzların ətrafında fırlanan "Yerə bənzər" dünyalar olduğuna inanırlar. Belə namizədlərdən biri Yerdən cəmi 40 işıq ili məsafədə və ulduzunun təhlükəsiz "Qoldiloks zonası" daxilində yerləşən Yer ölçülü TRAPPIST–1e planetidir. Digər ümidverici namizəd isə Yerdən 124 işıq ili məsafədə, Şir bürcündə yerləşən K2–18b, tamamilə okeanlarla örtülü nəhəng bir dünyadır. Alimlər onu "Heyes dünyası" adlandırırlar.

Günəş sistemimizdə belə, Saturnun peykləri olan Enselad və Titanda həyatın yaranması və inkişaf etməsi üçün uyğun şərtlər ola bilər.

Li hazırda NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının Günəş Sistemi Tədqiqi Missiyası Direktorluğunun baş mühəndisidir. O, iki asteroidə “Davn” missiyasına, Yupiterə “Juno” missiyasına və Aya “Graal” missiyasına rəhbərlik edib.

"Kosmonavt" adlı yeni sənədli filmi dəstəkləyən Li bildirib ki, “Kepler” kimi kosmik teleskoplar “Süd Yolu”nun qonşu qalaktikasının əhəmiyyətli bir "hissəsini" araşdırıb və digər ulduzların ətrafında fırlanan çoxlu sayda planet aşkar edib.

"Əgər “Kepler”in baxdığı səma parçası bütün “Süd Yolu”nu təmsil edirsə və bunun belə olmadığına inanmaq üçün heç bir səbəbimiz yoxdursa, deməli, təkcə qalaktikamızda təxminən bir trilyon planet var və onların bəzilərində həyatın yaranma ehtimalları olduğunu düşünə bilərsiniz. Gec-tez onun yerini müəyyənləşdirmək mümkün olacaq”, - deyə alim bildirib./publika.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 Mart 2026 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri