Icma.az
close
up
RU
Ulduzlararası ziyarətçi: Kometdir, yoxsa UNO? NASA nə deyir?

Ulduzlararası ziyarətçi: Kometdir, yoxsa UNO? NASA nə deyir?

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


Son günlər sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri də “3I/ATLAS” kimi tanınan göy cisminin komet, yoxsa uçan naməlum obyekt (UNO) olmasıdır.
Yeniavaz.com
xəbər verir ki, sosial şəbəkələrdə belə bir müzakirənin aparılmasının səbəbi Harvard Universitetinin professoru, tanınmış amerikalı astrofizik Avi Loebin iyul ayında verdiyi açıqlama olub.
Astrofizik qeyri-adi xüsusiyyətlərinə görə kometin yadplanetli gəmi ola biləcəyini iddia edib. O, kometin trayektoriyasının qəribə düzülüşünü və ilkin müşahidələrdə bəzi kimyəvi maddələrin qeydə alınmamasını əsas gətirib.
Qeyd edək ki, 2025-ci ilin 1 iyul tarixində NASA tərəfindən maliyyələşdirilən ATLAS teleskop sistemi Cənubi Amerikanın Çili bölgəsində yerləşən Rio Hurtado rəsədxanasında maraqlı bir göy cismini aşkar edib. Bu obyekt daha sonra “3I/ATLAS” kimi tanınıb və elmi adı “C/2025 N1 (ATLAS)” olaraq qəbul edilib.  “3I/ATLAS” Günəş sistemimizdən kənardan gələn, yəni ulduzlararası mənşəyə sahib olan üçüncü rəsmi göy cismi kimi qeydə alınıb. Ondan əvvəl yalnız “1I/ʻOumuamua” və “2I/Borisov” adlı ulduzlararası obyektlər müşahidə olunub.
“3I/ATLAS” kometi çox sürətlə – saniyədə 58 kilometr (saatda 208 800 km) sürətlə Günəş sisteminə daxil olub və hiperbolik (cazibə qüvvəsinin təsirindən çıxan – red.) bir trayektoriya ilə hərəkət edir. Bu o deməkdir ki, o, Günəşin cazibəsindən qurtulacaq və bir daha geri dönməyəcək. Onun trayektoriyası Günəş sistemindəki planetlərin hərəkət müstəvisinə çox yaxın olduğu üçün müşahidəsi nisbətən asan olub.
Hazırda, “3I/ATLAS” Günəşə ən yaxın nöqtəyə yaxınlaşmaqdadır. Bu tarix 29 oktyabra təsadüf edir və həmin vaxt komet Günəşdən təxminən 203 milyon kilometr məsafədə olacaq. Yerə ən yaxın nöqtəyə isə 19 dekabr 2025-ci ildə çataca. Bu zaman o, Yerdən 268 milyon kilometr uzaqlıqda olacaq. NASA bildirir ki, kometin bu məsafədə olması Yer üçün heç bir təhlükə yaratmır.
Kometin nüvəsinin dəqiq ölçüsü hələ tam müəyyən edilməyib, çünki ətrafında geniş bir qaz və toz buludu – koma var. Lakin “Hubble” Kosmik Teleskopunun çəkdiyi görüntülərə əsasən, nüvənin diametri çox güman ki, 1 kilometrdən kiçikdir. Kometa karbon qazı baxımından olduqca zəngindir. “James Webb” Kosmik Teleskopunun verdiyi məlumata görə, o, həm də az miqdarda su buxarı, karbonmonoksid və siyanid qazları da ifraz edir. Bu tərkibə görə, o, Günəş sistemindəki digər kometlərə çox bənzəyir.
ATLAS kometi hazırda aktivdir, yəni onun səthindəki buz Günəşin istiliyi ilə qaz halına keçərək tozlarla birlikdə kosmosa çıxır. Bu isə kometin ətrafında böyük bir koma və quyruq yaradır. 2025-ci ilin yay aylarında bu komanın ölçüsü təxminən 26 min kilometrə çatıb. Kometin quyruğu Günəşin əks istiqamətində uzanaraq 100 000 kilometrə qədər böyüyüb.
Kometin komasında karbon qazının su buxarına nisbəti çox yüksəkdir. Bu, onun ya formalaşdığı ərazinin soyuq və karbon qazı ilə zəngin olduğunu, ya da səthinin suyu “örtən” qalın bir qabığa sahib olduğunu göstərə bilər.
“3I/ATLAS”ın komet olduğuna bir çox beynəlxalq teleskoplardan aparılan müşahidələr sübut edib. Avi Loebin iddiaları elmi ictimaiyyət tərəfindən ciddi şəkildə tənqid olunub və bir çox alimlər bunu “əsassız ehtimal” kimi qiymətləndirir. Avi Loebin açıqlmasından sonra aparılan müşahidələr kometin tipik komet xüsusiyyətləri göstərdiyini tam təsdiqləyib. “James Webb” və “Hubble” kimi kosmik teleskoplar tərəfindən aparılan tədqiqatlar onun buz, qaz və tozdan ibarət olduğunu, yəni tamamilə təbii mənşəli bir komet olduğunu ortaya qoyub.
Hazırda ATLAS kometi yalnız güclü teleskoplarla müşahidə oluna bilər və adi gözlə və ya binoklla görünməsi mümkün deyil. Komet, 2026-cı ilin yaz aylarında Günəş sistemindən çıxaraq öz ulduzlararası səyahətinə davam edəcək.
NASA-da kometi araşdıran alimlər bildirirlər ki, “3I/ATLAS” möcüzəvi bir elm hadisəsidir. O, bizə Günəş sistemimizdən kənarda baş verən prosesləri anlamaqda mühüm imkan yaradır. Hər hansı təhlükə yaratmır və sadəcə elmi maraq obyekti kimi qalır. Yadplanetli gəmi olması ilə bağlı iddialar isə elmi əsaslardan uzaqdır.
Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:294
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 28 Oktyabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri