Icma.az
close
up
RU
NASA Ay missiyasının buraxılış tarixini mart ayına keçirib

NASA Ay missiyasının buraxılış tarixini mart ayına keçirib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 4 fevral, AZƏRTAC

NASA fevralın 6-da dörd astronavtın Ay ətrafında səyahətə buraxılması ilə bağlı planlarını dəyişdirib və kosmik agentlik əsas uçuş öncəsi sınaq zamanı yaranan çətinliklərdən sonra missiyanın ilk mərhələsinin tarixini mart ayına keçirib.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, “Artemida II” missiyasına hazırlaşan NASA ötən həftənin sonunda yer sınaqlarına (WDR) başlayıb. Buraxılış öncəsi keçirilən sınaq məşqi NASA-nın “Orion” ekipaj kapsulunu 10 günlük missiya ilə Aya və geriyə göndərəcək vasitə olan Kosmik Buraxılış Sistemi (SLS) raketinə yanacaqdoldurma təcrübəsi aparmaq, habelə uçuşa qədər geri sayım zamanı yarana biləcək hər hansı bir problemi müəyyən etmək üçün nəzərdə tutulub.

Lakin agentlik mühəndislərin sınaq zamanı bir neçə çətinliklə üzləşdiyini və hədəf buraxılış tarixinin dəqiqləşdirilməsindən əvvəl azı bir WDR tələb olunduğunu bildirib. İndi “Artemida II” missiyasının ilk buraxılış pəncərəsi gələn aydan tez olmayaraq - 6-11 mart tarixləri arasında işə düşəcək. Başqa bir pəncərənin açılışı isə 1-6 aprel tarixində olacaq. SLS və “Orion”un performans tələbləri, missiyanın dəqiq trayektoriyası və digər amillər səbəbindən buraxılış pəncərələri yalnız dörd həftədə bir dəfə açılır.

Dekabr ayında NASA-nın 15-ci inzibatçısı kimi təsdiqlənən Cared İsaakman sosial mediada paylaşdığı açıqlamada yazıb: “Həmişə olduğu kimi, təhlükəsizlik astronavtlarımız, işçi qüvvəmiz, sistemlərimiz və ictimaiyyət üçün əsas prioritet olaraq qalır. Bu tarixi missiyanı yerinə yetirməyə hazır olduğumuza inandığımız zaman onu işə salacağıq”.

“Apollon” missiyalarının davamçısı olan “Artemida” proqramı amerikalıları Aya qaytarmağı və Marsa gələcək missiyalar üçün təməl qoymağı hədəfləyir. Bu, 2022-ci ildə SLS və “Orion”un ilk inteqrasiya olunmuş uçuşunu qeyd edən “Artemida I” missiyası ilə başlayıb. İkinci missiyanın isə pilotlu olacağı planlaşdırılır.

Təxminən 10 gün davam edəcək missiya Ayın cənub qütbünə dörd nəfərlik heyət göndərəcək “Artemida III”dən əvvəl nəqliyyat vasitələrinin sistemlərinin real dərin kosmik mühitdə gözlənildiyi kimi işlədiyini təsdiqləməyi hədəfləyir. Astronavtlar qiymətləndirmələr aparacaq və eniş üçün vacib hesab edilən manevrləri tətbiq edəcəklər.

Ekipaj Yer ətrafında bir neçə orbiti tamamladıqdan sonra Ayın ətrafında eniş zamanı “Orion” zirvəsində Mavi planetdən 230 min mildən çox uzanan səkkizformalı trayektoriyaya yerləşdiriləcək. Geri qayıdarkən, kosmik gəmi əlavə hərəkətverici qüvvə sərf etmək əvəzinə, onu təbii şəkildə geriyə çəkmək üçün Yerin cazibə qüvvəsinə etibar edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Fevral 2026 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri