Icma.az
close
up
RU
NASA “Crew 12” missiyasının buraxılış tarixini daha əvvələ çəkib

NASA “Crew 12” missiyasının buraxılış tarixini daha əvvələ çəkib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 29 yanvar, AZƏRTAC

NASA Beynəlxalq Kosmik Stansiyaya (BKS) növbəti ekipajlı missiyanın buraxılış tarixini daha əvvələ çəkdiyini elan edib. “Crew-12” missiyasının fevralın 11-də başlaması planlaşdırılır və heyət orbitə çıxıb stansiyadakı azaldılmış heyəti əvəz etməlidir.

AZƏRTAC NASA-nın məlumatına istinadla xəbər verir ki, hazırda Beynəlxalq Kosmik Stansiyada yalnız üç nəfər çalışır; bu heyət texniki xidmət göstərir və elmi təcrübələr aparır. Belə bir vəziyyət “Crew-11” heyətinin yanvarın 14-də Yerə erkən qayıtmasından - stansiyanın ilk tibbi təxliyəsindən sonra yaranıb.

“Crew-12” missiyası əvvəlcə “Crew-11” heyətinin əvəzi kimi planlaşdırılırdı və əvvəlki astronavt komandası Yerə qaytarmazdan əvvəl qısa müddət orbitdə onlarla birlikdə işləməli idi. Missiyanın əvvəlcə fevralın 15-də başlaması planlaşdırılırdı, lakin NASA və “SpaceX” şirkəti “Crew Dragon” kosmik gəmisini və “Falcon 9” buraxılış vasitəsini əvvəlcədən hazırlaya bilib. “Crew-12” heyətinə NASA astronavtları Cessika Meir (missiya komandiri) və Cek Hetevey (pilot), eləcə də missiya mütəxəssisləri - Avropa Kosmik Agentliyinin astronavtı Sofi Adeno və “Roskosmos”un kosmonavtı Andrey Fedyayev daxildirlər.

Dörd nəfər “Crew Dragon Grace” kosmik gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək və orbitdə doqquz ay keçirəcək ki, bu da standart altıaylıq missiya müddətini aşacaq.

Bu, Cessika Meir və Andrey Fedyayev üçün ikinci uçuş, həm də rus kosmonavtın ikinci uzunmüddətli missiyası olacaq. Cek Hetevey və Sofi Adeno ilk dəfə kosmosa uçacaqlar.

“Crew-12” missiyasının buraxılış aqreqatı 2026-cı il fevralın 11-də açılır. Buraxılış Florida ştatındakı “Cape Canaveral” Hərbi Hava Qüvvələri bazasında yerləşən 40 nömrəli start kompleksindən həyata keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Yanvar 2026 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri