NASA Ayda kənd salmaq istəyir
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) 2035-ci ilə qədər Ayda yaşayış üçün əlverişli kənd salmaq niyyətindədir.
Yeniavaz.com “Daily Mail” qəzetinə istinadla xəbər verir ki, bu barədə NASA rəhbərinin səlahiyyətlərini icra edən Şon Daffi Sidneydə keçirilən Beynəlxalq Astronavtika Konqresində danışıb.
O, qeyd edib ki, yaxın onillik ərzində NASA Ayda təkcə stansiya deyil, bütöv bir kənd salmaq istəyir.
Daffi əlavə edib ki, orada insanların daimi yaşaması üçün hər cür şərait yaradılacaq.
Həmçinin, kəndin nüvə enerjisi ilə təchiz ediləcəyi, daimi olaraq astronavtları qəbul edəcəyi və Ay səthində tapılan materiallardan tikiləcəyi gözlənilir.
NASA rəsmisi əlavə edib ki, NASA Ayda kənd saldıqdan sonra Marsa eniş istiqamətində sıçrayışlarla irəliləməyi planlaşdırır.
Baxış sayı:140
Bu xəbər 30 Sentyabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















