NASA Ayda nüvə enerjisi ilə işləyən kosmik kənd quracaq
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Növbəti 10 il ərzində Ayda nüvə enerjisi ilə fəaliyyət göstərəcək yaşayış məntəqəsi inşa olunacaq.
BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik İdarəsinin (NASA) rəhbəri Şon Daffi Avstraliyanın Sidney şəhərində keçirilən Beynəlxalq Astronavtika Konqresində çıxışı zamanı bildirib.
NASA rəhbəri qeyd edib ki, layihə uğurla reallaşarsa, Ayda yalnız araşdırma mərkəzi deyil, həm də insanların yaşaması üçün nüvə enerjisi ilə işləyən "kənd" yaradılacaq. Onun sözlərinə görə, ABŞ-nin yanaşması Ayda dayanıqlı həyat şəraitini təmin etməkdir.
Daffi həmçinin Marsa insan göndərmək məqsədinin də yaxın illərdə daha real hədəfə çevriləcəyini vurğulayıb:
"Yalnız Ayda baza qurmaqla kifayətlənməyəcəyik, həm də nüvə enerjisi ilə işləyən yaşayış məntəqəsi olacaq. Paralel olaraq, Marsa insan göndərməyə də çox yaxınlaşacağıq".
Konqresdə ABŞ-la yanaşı Çin, Yaponiya, Hindistan, Avropa və Kanada kosmik agentliklərinin rəhbərləri də iştirak ediblər. Rusiya nümayəndələrinin siyahıda yer almaması diqqət çəkib.
Qeyd edək ki, builki konqresin mövzusu "Davamlı Kosmos: Dayanıqlı Dünya"dır. NASA rəhbəri qurumun əsas vəzifəsinin kosmosda insan həyatını davamlı və təhlükəsiz etmək olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 30 Sentyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















