Icma.az
close
up
RU
NASA xəbərdarlıq etdi: 2026 cı ildən Yer kürəsində dəyişikliklərin təsiri görünəcək

NASA xəbərdarlıq etdi: 2026 cı ildən Yer kürəsində dəyişikliklərin təsiri görünəcək

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-ın Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) tərəfindən dərc olunan yeni tədqiqat Yer kürəsinin getdikcə "qaralmaqda” olduğunu göstərib. 

Qaynarinfo xəbər verir ki, "Ecoportal"ın məlumatına görə, alimlər narahatdırlar ki, planetə düşən günəş işığının miqdarı azalır və bu proses 2026-cı ildən etibarən iqlim sisteminə ciddi təsir göstərəcək.

Günəş işığının azalması planetin istilik balansını dəyişir

Tədqiqatda qeyd olunur ki, Yer kürəsinə nə qədər az günəş işığı düşürsə, planet bir o qədər az istilik qəbul edir. NASA ekspertləri bildirirlər ki, bu hadisə təkcə atmosferdəki karbon və ozon qatındakı dəyişikliklərlə bağlı deyil, həm də daha mürəkkəb geofiziki səbəblərlə əlaqəlidir.

Hesabatda vurğulanır ki, planetin "albedo” adlanan əksetmə qabiliyyəti pozulub. Əvvəllər buludlar və dəniz-buz səthləri hər iki yarımkürə arasında işıq balansını qoruyurdu, lakin artıq bu simmetriya pozulub.

Şimal yarımkürəsi daha sürətlə "qaralır"

NASA-nın Langli Tədqiqat Mərkəzinin rəhbəri Norman Lab və onun komandası 2000–2024-cü illər arasında "CERES" proqramı çərçivəsində toplanmış 24 illik peyk məlumatlarını təhlil ediblər. Nəticədə məlum olub ki, həm şimal, həm də cənub yarımkürələrdə günəş işığının əks olunması azalır, lakin bu proses şimalda daha intensiv gedir.

Labın sözlərinə görə:

"Biz əvvəllər yarımkürələr arasında sabit işıq simmetriyası müşahidə edirdik, lakin indi bu tarazlıq pozulub. Şimal yarımkürəsi daha tez qaralır və bu, iqlim sistemində mühüm struktur dəyişikliyə işarə edir".

Səbəblər: Ərimiş buzlaqlar və azalan bulud miqdarı

Alimlər bildirirlər ki, Arktika bölgəsində buz və qardan ibarət səthlərin əriməsi albedonu azaldır, çünki bu səthlər günəş işığını daha çox əks etdirirdi. Eyni zamanda, sənaye və nəqliyyat üçün tətbiq edilən sərt ekoloji qaydalar nəticəsində havadakı aerozolların miqdarı azalıb. Bu da buludların əmələ gəlməsini məhdudlaşdırıb və səmada daha az əksedici səth yaradıb.

Cənub yarımkürəsində isə son illərdə baş verən böyük hadisələr — 2019–2020-ci illərdə Avstraliya meşə yanğınları və 2021–2022-ci illərdə "Hunga Tonga” vulkanının püskürməsi — müvəqqəti olaraq əksinə, atmosferə çoxlu aerozol buraxaraq işığı bir qədər artırıb.

NASA: İqlim simmetriyası artıq mövcud deyil

Lab qeyd edib ki, ən böyük təəccüb doğuran məqam, bulud sistemlərinin itirilən işıq balansını kompensasiya etməməsidir. Əgər yarımkürələr arasındakı simmetriya dəyişməz bir təbiət qanunu olsaydı, buludlar bu fərqi tarazlaşdırmalı idi, lakin bu baş verməyib.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, əgər bu tendensiya davam etsə, 2026-cı ildən etibarən Yer səthində temperatur paylanması, hava axınları və okean dövranı ciddi şəkildə dəyişə bilər. Bu dəyişikliklər milyonlarla insanın həyatına, kənd təsərrüfatına və enerji sistemlərinə təsir göstərəcək.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Oktyabr 2025 23:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri