Icma.az
close
up
RU
“2026 cı ilin avqustunda Yer cazibəni itirəcək?“ NASA iddialara cavab verib

“2026 cı ilin avqustunda Yer cazibəni itirəcək?“ NASA iddialara cavab verib

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

"Qara dəliklər, gizli bunkerlər və təlaş..."

Son həftələr sosial şəbəkələrdə sürətlə yayılan konspirativ iddiaya görə, guya 12 avqust 2026-cı ildə Yer kürəsi yeddi saniyəlik cazibə qüvvəsini tam itirəcək.

Moderator.az xəbər verir ki, bu barədə "newsnation.com" nəşri məlumat yayıb.

Sosial şəbəkələrdə yayılan qorxu ssenarisi

Viral videoların müəllifləri bu hadisənin milyonlarla insanın ölümünə səbəb ola biləcəyini iddia edir, NASA-nın isə bu təhlükəni əvvəlcədən bildiyi və "seçilmişlər" üçün gizli bunkerlər inşa etdiyi irəli sürülür. Bu məlumatlar əsasən "Wion" nəşrinin materialları və sosial platformalardakı paylaşımlar əsasında yayılıb.

İddialara görə, cazibənin qısa müddətlik yox olması zamanı insanlar və əşyalar havaya qalxacaq, sonra isə yerə çırpılaraq kütləvi fəlakət yaradacaq. Ayrı-ayrı paylaşımlarda mümkün itkilərin 40-60 milyon nəfər arasında olacağı bildirilir.

"Project Anchor" və qara dəliklər barədə iddialar

Konspirologiya tərəfdarları bu ssenarini guya NASA-ya məxsus məxfi sənəd  "Project Anchor" ("Lövbər Layihəsi") ilə əsaslandırır. İddia olunur ki, proqram 2014-cü ildən fəaliyyət göstərir və 89 milyard dollar büdcəyə malikdir. Versiyaya əsasən, iki qara dəliyin yaratdığı qravitasiya dalğaları Yerə təsir edərək cazibəni müvəqqəti "söndürəcək".

Paylaşımlardan birində deyilir: "Qravitasiyanın itməsi xaos yaradacaq, insanlar və hərəkətsiz əşyalar havaya qalxacaq, sonra isə yerə düşəcək". Bununla yanaşı, iddia olunur ki, sığınacaqlara yalnız hökumət nümayəndələri, alimlər və hərbçilər buraxılacaq, məlumat isə qlobal panikanın qarşısını almaq üçün gizlədilir.

NASA və alimlərin mövqeyi

NASA yayılan iddialara rəsmi şəkildə cavab verərək bildirib ki, Yer kürəsinin cazibə qüvvəsi onun kütləsindən asılıdır və xarici kosmik hadisələr onu "söndürə" bilməz. Agentliyin nümayəndəsinin sözlərinə görə, Yer yalnız bütün kütləsini - nüvədən atmosferədək eyni anda itirdiyi halda cazibəni itirə bilər ki, bu da real deyil. 

NASA həmçinin təsdiqləyib ki, 12 avqust tarixində Günəş tutulması baş verəcək, lakin bu hadisə yalnız müəyyən regionlarda müşahidə olunacaq və Yer üçün heç bir təhlükə yaratmır. Qazaxıstanlı astrofizik Svetlana Moşkina da yayılan şayiələrin elmi əsası olmadığını bildirib:

"Qravitasiya fundamental qarşılıqlı təsirdir və Yer mövcud olduqca onun cazibə sahəsi də mövcud olacaq. Planet kütləsini itirmirsə, cazibəni də itirə bilməz". Ekspertlər bu cür sensasiyalı iddialara inanmaq əvəzinə, məlumatların rəsmi və etibarlı mənbələrdən yoxlanılmasına çağırış edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Yanvar 2026 22:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see263

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see210

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see186

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see177

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see158

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri