Icma.az
close
up
RU
NASAda çalışan azərbaycanlı: Elmi ideyalarım onların diqqətini cəlb etdi AZƏRTAC

NASAda çalışan azərbaycanlı: Elmi ideyalarım onların diqqətini cəlb etdi AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Cəlilabad, 27 noyabr, İlkin Adıyev, AZƏRTAC

Elm və texnologiya sahəsindəki nailiyyətləri ilə ölkəmizi beynəlxalq arenada tanıdan bir çox gənc alimlərimiz var. Onlardan biri də hazırda NASA-nın “Reaktiv Hərəkətlər Laboratoriyası”nda (“Jet Propulsion Laboratory” - JPL) postdoktoral tədqiqatçı kimi fəaliyyət göstərən Bəhruz Əhədovdur.

AZƏRTAC-ın bölgə müxbiri onunla feysbuk vasitəsilə əlaqə saxlayıb, gənc azərbaycanlı alimin NASA-ya qədər uzanan həyat yolu ilə maraqlanıb.

ABŞ Dövlət Departamentinin təşkil etdiyi nüfuzlu “Fulbright” təqaüd proqramının qalibi olan Bəhruz Əhədov bilik və təcrübəsi sayəsində beynəlxalq səviyyədə uğur qazanıb. Onun təhsil və elmi fəaliyyət yolu Cəlilabad şəhər 8 saylı məktəb-liseydən başlayıb, Bakı Dövlət Universitetinə, daha sonra isə beynəlxalq səviyyəli elmi təşkilatlara qədər uzanıb.

“Cəlilabad rayonunda anadan olmuşam. Orta təhsilimi elə burada almışam”, - deyən Bəhruz sonra Bakı Dövlət Universitetinin Geologiya fakültəsinə qəbul olaraq Geofizika ixtisasında bakalavr təhsilnə yiyələnib. Təhsil müddətində elmi işlərə olan marağı onu Geologiya və Geofizika İnstitutunda böyük laborant kimi çalışmağa sövq edib. Magistratura təhsilini Bakı Dövlət Universitetində Seysmologiya və seysmometriya üzrə davam etdirərək, tədqiqat işini DAAD proqramı çərçivəsində Almaniya Yer Elmləri Mərkəzində (GFZ) həyata keçirib. O, doktorantura təhsilini Çin Milli Elmlər Akademiyasında tamamlayaraq, Şərqi Aralıq Dənizi və Qafqaz bölgəsində Yer təkinin deformasiyası ilə bağlı araşdırmalar aparıb. Daha sonra Pekin Universitetinin nüfuzlu BOYA postdoktorantura proqramının region üzrə yeganə qalibi olub. Hazırda ABŞ-ın NASA JPL mərkəzində postdoktoral tədqiqatçı kimi fəaliyyət göstərir.

Müsahibim NASA-da işləmək üçün özünün müraciət etdiyini bildirir. Müraciətinin əsas səbəbi isə Xəzər dənizinin səviyyə dəyişmələrinin ətrafa dinamik təsirləri və Azərbaycanda peyk texnologiyaları vasitəsilə təbii hadisələrin öyrənilməsi sahəsində tədqiqat işləri aparması olub. Bu sahədəki işlərini və əldə etdiyi nəticələri daha da inkişaf etdirmək üçün NASA ilə əməkdaşlıq etməyə qərar verib.

“Müraciətimdən sonra bir neçə ay ərzində NASA JPL ilə danışıqlar və müzakirələr oldu. Mənim tədqiqatlarımın nəticələri, göstəricilərim və gələcək planlarım onların diqqətini cəlb etdi. Bir müddət sonra dəvət məktubu aldım. Məktubda qeyd edilirdi ki, tədqiqat istiqamətlərim və planlarım onların işləri ilə üst-üstə düşür və mənimlə əməkdaşlıq etməkdə maraqlıdırlar. Hətta mənə tam təqaüdlü postdoktorantura tədqiqatı təklif edilmişdi. Lakin mən ilk olaraq zaman baxımından “Fulbright” proqramına müraciət etməyə qərar verdim. Çünki NASA-nın təqaüd məsələləri bir qədər uzun zaman tələb edir və bu sahədə rəqabət həqiqətən böyükdür. Adətən, hər bölmə üçün illik olaraq yalnız bir yer ayrılır. Bu proses mənim üçün olduqca maraqlı və dəyərli təcrübə idi. Çünki beynəlxalq səviyyədə rəqabət aparmaq, öz tədqiqatlarımı tanıtmaq və qəbul olunmaq həm şəxsi, həm də tədqiqat baxımından böyük nailiyyət idi” , - deyə Bəhruz Əhədov bilidirir.

Hazırda həmyerlimizin əsas tədqiqat sahəsi uzaqdan zondlama texnologiyalarından istifadə edərək, Yer qabığının dinamik proseslərini öyrənməkdir. Xüsusilə, InSAR (Synthetic Aperture Radar Interferometry) texnologiyasından istifadə edərək zəlzələlərin, vulkanların aktivliyi, torpaq sürüşmələri və təbii fəlakətlərin təsirlərini analiz edir: “Hazırda üzərində çalışdığım əsas layihələrdən biri Xəzər dənizinin səviyyə dəyişmələrinin sahil xəttinə və yaxın ərazilərə təsirini araşdırmaqdır. Bu tədqiqat sahəsi yalnız Yer səthindəki dəyişiklikləri deyil, həm də iqlim dəyişikliklərini və insan fəaliyyəti nəticəsində yaranan təsirləri öyrənmək üçün əhəmiyyətlidir. Digər bir tədqiqat istiqamətim isə Azərbaycan və Qafqaz regionunda Yer qabığının aktiv deformasiya proseslərinin öyrənilməsidir. Xüsusilə, uzaqdan zondlama və digər geodeziya məlumatları vasitəsilə zəlzələlərin və palçıq vulkanlarının qarşılıqlı təsirini analiz edirəm”.

Bəhruz deyir ki, NASA JPL-də çalışmaq həm texnologiya, həm də elmi araşdırma baxımından çox böyük imkanlar yaradır. “Burada dünyanın ən qabaqcıl peyk məlumatları və alətləri ilə işləmək, həmçinin multidissiplinar komandalarla əməkdaşlıq etmək tədqiqatlarımı daha geniş səviyyəyə çıxarır. Həmçinin bu araşdırmaların nəticələri yalnız elmi icma üçün deyil, həm də iqlim dəyişikliyi, fəlakətlərin idarə edilməsi və davamlı inkişaf sahələrində praktik tətbiq üçün böyük əhəmiyyət daşıyır”, - deyə o söyləyir.

Gənc alim bildirir ki, tədqiqat nəticələrinin yalnız elmi deyil, həm də tətbiqi dəyərinin olması üçün çalışır. Bundan əlavə, peyk məlumatlarının kənd təsərrüfatında, su ehtiyatlarının idarə olunmasında və təbii fəlakətlərin təsirlərinin azaldılması istiqamətində istifadəsini genişləndirmək istəyir.

“Əldə etdiyim uğurlarda Elm və Təhsil Nazirliyinin nəzdində olan Geologiya və Geofizika İnstitutunun da rolu olub. İnstitut rəhbərliyinin, müəllimlərimin mənə göstərdiyi dəstək və verdiyi tövsiyələr mənim üçün çox önəmli olub. Azərbaycan Milli Elmlər Akademiyası beynəlxalq arenada tanınmış nüfuzlu alimlər yetişdirib. Bu alimlərin gördüyü elmi işlər və əldə etdikləri nailiyyətlər ölkəmizin elminin inkişafına böyük təkan verib. Elmi mühitdə çalışan hər kəs, məhdud imkanlara baxmayaraq, mühüm irəliləyişlər əldə edib və mən inanıram ki, biz birgə çalışaraq, gələcəkdə dünya miqyasında daha böyük elmi uğurlara imza ata bilərik. Bu yeniliklər, yalnız elmi sahədə deyil, həm də texnoloji irəliləyişlərdə öz əksini tapacaq və Azərbaycan elmini daha yüksək səviyyələrə qaldıracaq” , - deyə Bəhruz Əhədov fikrini tamamlayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Noyabr 2024 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri