Icma.az
close
up
RU
Mərkəzi Elmi Kitabxanada çalışan könüllülər təcrübə proqramlarını başa vurublar AZƏRTAC

Mərkəzi Elmi Kitabxanada çalışan könüllülər təcrübə proqramlarını başa vurublar AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 20 dekabr, AZƏRTAC

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında çalışan könüllülər təcrübə proqramlarını

başa vurublar. Bununla əlaqədar olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru, texnika elmləri doktoru, dosent Hüseyn Hüseynov könüllülərlə görüşüb.

Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Direktor AMEA-da ilk dəfə olaraq “MEK könüllüləri”nin fəaliyyətə başladığını xatırladıb. Kitabxana rəhbəri müsabiqə zamanı fərqli ixtisaslar üzrə 200-ə yaxın gəncin müraciət etdiyini, bunların sırasından ilk dəfə üçün 20 nəfərin seçildiyini diqqətə çatdırıb. Son üç ay ərzində intizamlılıq, işgüzarlıq, operativlik göstərərək təcrübi biliklərini artırdıqlarını, kollektivdə işləmək, yaradıcı, innovativ və sosial bacarıqları mənimsədiklərini vurğulayıb.

Tədbirdə iştirak edən AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri Azərbaycanda könüllülük hərəkatının davamlı inkişafa töhfələr verdiyini bildirib. O, akademiyada elmin informasiya təminatının formalaşdırılması və kitabxananın tamamilə elektronlaşması istiqamətində işlərin sürətləndiyi bir zamanda “MEK könüllüləri” layihəsini təqdirəlayiq hal kimi dəyərləndirib.

Könüllülərə məsul şəxs kitabxananın elmi katibi Şəbnəm Rüstəmova bu müddət ərzində onlarla çalışmağın maraqlı tərəflərindən, həmçinin kitabxanada könüllülük fəaliyyətinin üstünlüklərindən danışıb, burada qazandıqları təcrübənin gənclərin gələcəkdəki iş fəaliyyətlərinə müsbət təsir göstərəciyini vurğulayıb. Elmi katib onu da qeyd edib ki, “MEK könüllüləri” layihəsinə qoşulmaq istəyən digər gənclər 2025-ci il yanvarın 10-dək məlumatlarını təyin olunmuş elektron ünvana (mekkonullu@gmail) göndərə bilərlər.

Tədbirdə MEK-in şöbə müdirləri çıxış edərək, könüllülərin kitabxana fəaliyyətinə cəlb edilməsinin müsbət tərəflərindən danışıblar.

Sonda könüllülük fəaliyyətlərini uğurla başa vuran gənclərin hər birinə xasiyyətnamələr, birillik oxucu kartı, sertifikatlar təqdim olunub, onların kitabxanadakı fəaliyyətlərindən bəhs edən videoya baxılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Dekabr 2024 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri