Natəvan Məmmədova: Fərqli insanlara iş sferasında nadir hallarda rast gəlirik
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Təəssüf ki, Azərbaycanın təhsil sistemi inklüzivliyə hazır deyil. İnklüziv uşaqlar 4 il oxuyur və sonrakı illərdə təhsil sistemindən uzaq qalırlar".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının Natəvan Məmmədova bildirib.
N.Məmmədova fərqli insanlara iş sferasında nadir hallarda rast gəlindiyini təəssüf hissi ilə diqqətə çatdırıb:
"Mən Aytən Eynalova ilə söhbət edəndə autizmli fərdlərin işi barədə danışdıq. Onun autizm spektr pozuntusundan əziyyət çəkən oğlu Həmzənin bütün yeməklərə "Kaşalata" deməsi nəticəsində eyni adlı kafe açdıq. Hazırda "Kaşalata" kafedə 10 nəfər autizmli gənc işləyir. Bizim missiyamız Azərbaycanda daha inklüziv cəmiyyətin qurulmasıdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 04 Mart 2025 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















