Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Natəvan Məmmədova: “Kashalata” sadəcə kafe deyil, həm də cəmiyyətə bir mesajdır MÜSAHİBƏ

Natəvan Məmmədova: “Kashalata” sadəcə kafe deyil, həm də cəmiyyətə bir mesajdır MÜSAHİBƏ

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 4 iyun, Anara Axundova, AZƏRTAC

Autizm spektri pozuntusu olan Həmzə Eynallı tez-tez “qaşıq” və “salat” kəlmələrini birləşdirir və bütün yeməkləri “kaşalata” adlandırırdı. Beləcə, yeni ideya meydana gəldi...İllər sonra isə onu həyata keçirmək mümkün oldu.

“Kashalata” Azərbaycanda xüsusi inkişaf özəlliyi olan gənc insanların çalışdığı ilk və yeganə inklüziv kafedir. Onlar öz səyləri ilə göstərirlər ki, fərqli olmaq nöqsan deyil, sadəcə, bir fenomendir.

AZƏRTAC-ın müxbiri dünyada analoqu olmayan bu nadir kafenin həmtəsisçisi Natəvan Məmmədova ilə söhbət edib.

- Natəvan xanım, xüsusi qayğıya ehtiyacı olan insanların çalışdığı inklüziv kafenin yaradılması ideyası necə yarandı?

- İndi 20 yaşına çatmış qardaşım oğlu Hüseynin autizm spektri pozuntusu var. İyirmi il əvvəl ölkədə çox az adam autizmin nə olduğunu bilirdi və mən də istisna deyildim. Hüseyn dünyaya gələndə, mənim artıq iki övladım var idi və başa düşdüm ki, uşağım başqaları kimi deyil. Düzgün diaqnoz qoyacaq həkim tapmaq üçün bir az vaxt lazım oldu. Sonra çox çətin - diaqnozun ailə tərəfindən qəbul edilməsi mərhələsi başladı. Bu, böyük bir sınaqdır. Təəssüf ki, cəmiyyətimiz inklüziv deyil, biz toplum olaraq hər şeyin eksklüziv olmasını istəyirik...

Beləliklə, Hüseynlə mən bu çətin yolu keçdik. Həmin vaxt Amerika Ticarət Palatasının icraçı direktoru idim və məni “Birgə və Sağlam” cəmiyyətinin sədri Aytən xanım Eynalova ilə tanış etdilər, indi o, bu kafenin həmtəsisçisidir.

Hüseyn onların mərkəzinə getməyə başladı və bir müddət sonra onda müsbət dəyişikliklər hiss etdim: uşağın sosiallaşması yaxşılaşdı, aktivləşdi və sairə. Aytən xanıma kömək etməyə başladım. Dünya Bankının əhatəsindən olduğum üçün və düşüncə tərzimin fərqli qurulması səbəbindən hər şeyin korporativ idarəetməyə uyğun olmasından ötrü valideynlərdən ibarət qəyyumlar şurası yaratdıq.

Başa düşməyə başladıq ki, bu uşaqların bizim mərkəzdən başqa gedəcək yerləri yoxdur. Onlara nə verə bilərdiksə, artıq vermişik. Axı onların bir növ öz həyatları olmalıdır. Bir dəfə Aytən xanım dedi ki, Azərbaycanda uşaqlarımızın çalışacağı kafenin olmasını arzulayıram, adı da “Kashalata” olacaq. Mən isə bildirdim ki, bu kafeni mütləq yaradacağam. Buna inanırdım, böyük istəyim vardı. Başa düşdüm ki, bu, təkcə bu uşaqlara deyil, hamımıza, cəmiyyətə lazımdır.

Bu layihənin mühüm mənası təkcə burada xüsusi qayğıya ehtiyacı olan insanların çalışması deyil, həm də onların valideynlərinin öz övladının işə gedib pul qazanacağına ümid bəsləməsidir. Bu, övladlarını cəmiyyətə inteqrasiya etməyə hələ hazır olmayan digər valideynlər üçün bir siqnal oldu.

Mən COP29 iqlim konfransının Təşkilat Komitəsində təmsil olunurdum və elə ilk gündən bizdə belə bir mesaj var idi ki, Azərbaycanda COP29 inklüziv olacaq. Görüşlərin birində “Kashalata”nın bu qlobal tədbirdə iştirak edəcəyini dedim, baxmayaraq ki, biz o vaxt kafeni yeni açmışdıq. Rəhbərlik məni dəstəklədi və noyabrın 4-dən “Kashalata” artıq qida zonasında xidmət göstərirdi. Bizim oğlanlar hər yerə gedir, broşür paylayır, özləri haqqında danışırdılar. Sonra uzun illər COP-da iştirak edən BMT nümayəndələri mənə dedilər ki, bu, onların bildiyi yeganə haldır ki, xüsusi qayğıya ehtiyacı olan insanlar iqlim konfransı çərçivəsində xidmətlər göstərirlər. Bu yaxınlarda məndən Londonda İqlim Fəaliyyəti Həftəsi üçün “Kashalata” haqqında yazmağı, orada bizim model haqqında danışa bilmələri üçün fotoşəkillər göndərməyimi istədilər.

- Belə çıxır ki, nə Azərbaycanda, nə də dünyada bu kafenin analoqu yoxdur?

- Dünyada elə kafelər var ki, orada xüsusi qayğıya ehtiyacı olan insanlar işləyir, amma bir qayda olaraq, bu, ya dövlət, ya da özəl sektor layihəsidir. Mən isə bizim yaratdığımız modelin analoqunu görməmişəm.

Burada bizim fəaliyyətimizdə iştirak edənlər var: dövlət sektorundan Əmək Nazirliyi, KOBİA və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR, özəl sektordan “PASHA Holding”, “Azersun Holding” və digər şirkətlər. Bununla yanaşı, layihəni idarə edən qeyri-hökumət təşkilatı mövcuddur. Yəni, bu, unikal üçtərəfli modeldir.

Üstəlik, biz qəsdən analoqlar axtardıq, soruşduq, amma indiyə qədər cəmiyyətin bütün təbəqələrinin ictimai prosesə cəlb olunduğu belə bir model yoxdur. Bizə çoxlu adam və bütöv nümayəndə heyətləri gəlir: çoxlu sayda xarici qonaq da təsdiqlədi ki, dünyada bizim kafenin analoqu yoxdur.

- Xüsusi inkişaf özəlliyi olan əməkdaşlarınız və ziyarətçiləriniz haqqında məlumat verin.

- Xüsusi inkişaf özəlliyi olan əməkdaşların hər biri heyrətamizdir! Onlar burada çalışmaqla yanaşı, həm də çox fəal ictimai həyat tərzi keçirirlər: pianoda ifa edirlər, oxuyurlar. Bizim xorumuz var, əməkdaşlarımız rəsm çəkir, əzbərdən şeir deyir və sairə.

İşə gəlincə, əməkdaşlar yalnız yemək və içkilər təqdim etmir, həm də onları necə hazırlamağı öyrənirlər. Bəziləri bunu çox yaxşı bacarır. Artıq qəhvə hazırlamağı da bilirlər, baristalarımız onlara bunu öyrədir. Əla bişirirlər. Burada olan bütün salatlar aşpazın rəhbərliyi altında hazırlanır. Yəni bu işdə də onların əməyi var.

Bizim həm özəl, həm də korporativ müştərilərimiz var: məsələn, Dünya Bankı, “McKinsey & Company”, “PASHA Holding” və digər təşkilatlar. Bizə dəstək olmaq üçün ya sifariş verirlər, ya da korporativ tədbirlərini burada keçirirlər. Biz isə xidmət göstərir, onlara yeməklər göndəririk.

- Korporativ tədbirləri qeyd etdiniz. Eyni zamanda, kafedə hansı başqa tədbirlər keçirilir?

- Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müxtəlif ustad dərsləri təşkil edirik: eko çantaların rənglənməsindən, bilərziklərin hazırlanmasından tutmuş çörək bişirməyə qədər. Buradakı atmosfer tədbirlər üçün çox əlverişlidir: biz kitab klubu və biznes assosiasiyalarının görüşlərini keçiririk. TISA və digər məktəblərdən uşaqlar tez-tez gəlirlər.

Tezliklə 12 yaşında autizm spektri pozuntusu olan və gözəl rəsm çəkən oğlanın əsərlərindən ibarət sərgimiz olacaq. Bufet təşkil ediləcək, adamlar yığışacaq, Mədəniyyət Nazirliyindən qonaqlar gələcək. Mümkün qədər çox insanı buraya gətirməyə çalışırıq. Onların hər biri bir növ özü ilə istilik və səmimi ünsiyyət gətirir. Hər kəsi görməyə həmişə şadıq!

- Eyni uğurlu sxemdən istifadə edərək kafedən başqa ayrı bir müəssisə açmaq barədə heç düşünmüsünüzmü?

- Bəli, belə bir fikrim var. Biz pizza dükanı açmaq istərdik. Mənim də orqanik məhsullar yaratmaq fikrim var: məsələn, şokolad. Amma bütün bunlar “Kashalata”nın dayanıqlı kiçik biznes olduğunu sübut edəcəyimiz təqdirdə mümkün olacaq. Sabah sponsorların yanına gəlib deyə bilərəm ki, kafem yaxşı işləyir, indi başqa müəssisə açmaq istəyirəm və daha 20 nəfəri işə götürəcəyəm.

Başqa bir ideyam da var, bu haqda düşünürəm. Təsəvvür edək ki, hər hansı bir şirkət uşaq evinə və ya qocalar evinə himayədarlıq edir. Hər gün bizə günorta çayı üçün sendviç və ya salat çatdırmaq sifarişi verir. Onlar da sevinərdilər, bizim də sifarişimiz olardı. Həm də belə qarşılıqlı əlaqə modelləri hazırlana bilər və hazırlanmalıdır.

Yaxud bir neçə ildir danışdığım başqa bir ideyanı diqqətinizə çatdırım. Bu, artıq xüsusi qayğıya ehtiyacı olan uşaqların analarının məşğulluğuna aiddir. Tutaq ki, müəyyən bir xəstəxana ilə razılaşaq ki, onları yataq dəsti ilə təmin edək və bizim uşaqların analarına bu parçaları tikmək imkanı verin. Tikiş maşınlarını inkişaf mərkəzinə qoyun. Beləliklə, uşaqlar dərsdə olarkən, onların anaları bu dəstləri tikib pul qazana bilərlər. Çünki onların işlə təmin olunmasında da köməyə ehtiyac var. Bir çox analar işləyə bilmir, çünki uşaqlara baxmalıdır.

Yeri gəlmişkən, biz uşaqlarımızı təkcə burada işə düzəltmirik, bu, çox vacib məqamdır. SOCAR-da və AZAL-da xüsusi qayğıya ehtiyacı olan adamlarımız var. Orada onlardan çox razılıq edirlər.

Təbii ki, bu, uzun bir prosesdir. İki-üç ay ərzində bu uşaqlarla birlikdə onların rəhbərləri də işə gedirlər. Onlara hər şeyi izah edir, iş yerinə uyğunlaşmağa kömək edirlər. Komandanı hazırlayır və izah edirlər ki, insan gülə bilər, qışqıra bilər, özünü hər hansı şəkildə apara bilər. Amma bu, onun normasıdır. Başqa cür edə də bilməz. Bəli, bu proses vaxt tələb edir, amma mümkündür. Əlimizdə uğurlu nümunələr var.

İndi getdikcə daha çox xüsusi qayğıya ehtiyacı olan insan var. Biz isə cəmiyyət olaraq, onları həyata necə uyğunlaşdıra biləcəyimizi, bu insanlara necə kömək edəcəyimizi düşünməliyik. Bu, bizim üçün bir imtahandır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:378
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri