Natiq Cavadlı, Aynur Elgünəş, Ramin Deko, Şəmşad Ağa... Onlar yenə hakim qarşısına çıxarıldı
Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı Jurnalistika Məktəbinin (BJM) direktor müavini Ülvi Tahirov, Meydan TV-nin baş redaktoru Aynur Qəmbərova, jurnalistlər Natiq Cavadlı, Aytac Tapdıq, Aysel Umudova, Ülviyyə Quliyeva, Xəyalə Ağayeva, Ramin Cəbrayılzadə, həmçinin müstəqil jurnalist Nurlan Qəhrəman, “Arqument.az” saytının rəhbəri Şəmşad Ağayev, foto-müxbir Əhməd Muxtarın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mia.az Teleqraf-a istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsndə hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə müdafiə vəkili vəsatət verilib.
O prosesin ictimai əhəmiyyətli olduğunu deyib, məhkəmədən video-çəkiliş aparılmasına icazə verilməsini xahiş edib.
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra ittiham aktının elan olunmasına başlanılıb.
Növbəti məhkəmə prosesi yanvarın 16-na təyin edilib.
Qeyd edək ki, 2024-cü ilin dekabrında "Meydan TV" əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıblar.
Daha sonra isə 2025-ci ilin fevralın fevralın 5-də “Arqument.az” saytının rəhbəri Şəmşad Ağayev (Şəmşad Ağa) “Meydan TV işi” üzrə şübhəli şəxs qismində saxlanılıb.
Fevralın 20-də Nurlan Qəhrəmanlı (Libre), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də isə Ülviyyə Əli saxlanılıblar.
Daxili İşlər Nazirliyinin yaydığı məlumatda adıçəkilən şəxslərin ölkəyə qanunsuz xarici valyuta gətirməklə bağlı daxil olan məlumat əsasında saxlanıldıqları bildirilib.
Onlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.
Mühakimə olunan şəxslərin hər biri ittihamları qəbul etmir, onlar özlərini təqsirli bilməyiblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 22 Dekabr 2025 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















