Aynur Elgünəş və Natiq Cavadlı həbsdə qaldı Məhkəmə jurnalistləri ev dusraqlığına buraxmadı AzPolitika onlayn siyasi ictimai qəzet
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Yanvarın 17-də Bakının Xətai Rayon Məhkəməsi Meydan TV-nin jurnalistləri Aynur Elgünəş və Natiq Cavadlının ev dustaqlığına keçirilmələri haqqında vəsatətlərini təmin etməyib.
Bu barədə "Turan"-a onların vəkilləri Elçin Sadıqov və Zibeydə Sadıqova bildirib.
Onların sözlərinə görə, jurnalistlərin həbsdə saxlanılması üçün hüquqi və prosessual əsas yoxdur.
Müdafiə tərəfi jurnalistlərin ev dustaqlığına keçirilməsindən imtina ilə bağlı apellyasiya vermək niyyətindədir.
Xatırladaq ki, dekabrın 6-da Meydan TV-nin əməkdaşları Aynur Elgünəş, Aytac Tapdıq, Xəyalə Ağayeva, Aysel Ümidova, Natiq Cavadlı və sərbəst jurnalist Ramin Deko (Cəbrayılzadə) valyuta qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıblar. Dekabrın 8-də məhkəmə onların hamısını həbs edib.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 18 Yanvar 2025 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















