Icma.az
close
up
RU
Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi Belə də iş olar?!”

Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi Belə də iş olar?!”

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Azərbaycanın quru sərhədlərinin bağlı qalmasını tənqid edib. O, bu barədə özünün “facebook” səhifəsində paylaşım edib və şəxsi təcrübəsinə əsaslanaraq problemi diqqətə çatdırıb.

Cəfərli qeyd edib ki, yaxın günlərdə atası vəfat etdiyi üçün Gürcüstana getməli olub və vətənə qayıdış zamanı təyyarədən istifadə etməyə məcbur qalıb:“Xarici vətəndaşlar quru yolla ölkədən sərbəst çıxa bilirlər, bu məlumdur. Yaxşı, Azərbaycan öz vətəndaşını ölkəmizə niyə buraxmır? Bu nə məntiqdir, bunun “təhlükəsizliklə” nə əlaqəsi var?! Yəni, Azərbaycan vətəndaşı Tbilisiyə təyyarə ilə gəlir, 2-3 gün işini görür, toyda-yasda iştirak edir, o niyə quru yolla deyil, yalnız təyyarə ilə qayıtmalıdır ki?!”

Cəfərli, eyni zamanda, bu məhdudiyyətlərin ailələrə yaratdığı konkret çətinliklərə də toxunub. Bildirib ki, yas mərasiminə gəlmək istəyən qardaşı oğlu Tbilisidən Bakıya birbaşa bilet tapa bilməyib və Antalya üzərindən uçmaq məcburiyyətində qalıb.

Daha bir nümunədə isə yaxın qohumun Gürcüstanla sərhəddə yerləşən kənddən yasa gəlmək üçün 80 km-lik yolu 530 km-lik səyahətlə əvəz etməli olduğu göstərilib: “Qazaxın kəndlərinin birində çox yaxın qohumumuz yaşayır, yasa gəlmək istədi, fikrindən yayındırdım. Onların kəndindən Gürcüstandakı bizim kəndə 80 km yoldur, quru yolla 1 saata maşınla gəlmək olur. Amma o yasa gəlmək üçün 530 km Qazaxdan Bakıya gəlməli, Bakıdan təyyarə ilə uçmalı, hava limanından taksi ilə yas yerinə gəlməli idi, belə də iş olar?!”

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 İyul 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri